Reklam
Azər Qocayev Kəlbəcərdə minaya düşən polkovnik Vüqar İsbəndiyarovu ziyarət etdi - Şəkillər
30-07-2022 19:15
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərov Kəlbəcərdə minaya düşərək xəsarət alan polkovnik İsbəndiyarov Vüqar Tofiq oğlunu ziyarət edib.RİH başçısı hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlanıb. Xəstəxananın rəhbəri hərbi qulluqçumuzun aldığı xəsarətlərlə bağlı rayon rəhbərinə məlumat verib, vəziyyətinin stabil olduğunu bildirib. Azər Qocayev yaralıya şəfa diləyib, bildirib ki, bütün imkanları ilə onun yanındadır.
Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovkin Vüqar İsbəndiyarov bir neçə gün əvvəl Kəlbəcər rayonu ərazisində minaya düşüb. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib və ona lazımi tibbi yardım göstərilib. Vüqar İsbəndiyarovun müalicəsi hazırda Gəncə şəhərindəki özəl xəstəxanaların birində davam edir.
Dalidag.az







Kateqoriya: Kəlbəcər
Tarix: 30-07-2022 19:15
Baxış sayı: 31 145Yazı axını
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
Ən çox oxunanlar





























