Reklam
Dənizdə batan şəhid oğlunun meyiti tapıldı
30-07-2022 10:24

Lökbatanda dəniz sahilində balıq tutarkən suda batan şəhid oğlunun meyiti tapılıb.
Dalidag.az FHN-nə istinadən xəbər verir ki, iyulun 28-də Lökbatan ərazisində dəniz sahilində tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri - 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda aşkar edilib. Meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.
Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Onunla birgə dənizdə batan Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.
Onların ikisi də Qaradağ rayon Lökbatan qəsəbə sakini olub.
Kateqoriya: Sosium
Tarix: 30-07-2022 10:24
Baxış sayı: 3301Yazı axını
08 / 09 / 2026
07 / 09 / 2026
07 / 09 / 2026
05 / 09 / 2026
04 / 09 / 2026
04 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
29 / 08 / 2026
28 / 08 / 2026
Ən çox oxunanlar




























