Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev vətəndaşları qəbul edib. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin

Ermənistan ordusunun bir sıra hərbçiləri saxlanılıb. Yerli KİV-i xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi əməkdaşlarının həyata keçirdikləri genişmiqyaslı əməliyyat tədbirləri nəticəsində nazirin əmrini pozaraq, smartfon tipli telefonlardan istifadə edən, hərbi xidmətin gündəlik həyatından fotoları internetə yerləşdirən bir sıra müddətli və müqaviləli hərbi qulluqçuları məsuliyyətə cəlb ediliblər. Nazirlikdən bildirilib ki, qadağaya tabe olmayan hərbçilərin məsuliyyətə cəlb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən verilən məlumata görə, bu çərçivədə, Xidmət tərəfindən “Azərenerji” və “Azərişıq” ASC-lərin Kəlbəcər rayonunda fəaliyyət göstərən işçi heyəti üçün “Yanğın təhlükəsizliyi qaydaları”na əməl olunması istiqamətində maarifləndirmə tədbirləri keçirib. Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda

Ukraynanın cənubunda əməliyyat vəziyyəti gərgin olaraq qalır. Dalidag.az xəbər verir ki, bu barədə Pivden Operativ komandanlığı məlumat yayıb. Komandanlıq bildirir ki, ötən sutka Ukraynanın cənubunda Rusiyaya məxsus 1 ədəd Pansir zenit-raket kompleksi, 1 ədəd T-72 tankı, özüyeriyən artilleriya qurğuları məhv edilib. Sutka ərzində Rusiya ordusunun 23 hərbçisi zərərsizləşdirilib.

İşğal edib illərdir onlara aid olmayan torpaqda məskunlaşan ermənilər indi bu əraziləri məcburi qaydada tərk edirlər. Azərbaycan torpaqlarında illərdir öz heyvanlarını otaran ermənilər qoyun sürülərini də toplayıb ərazini tərk etməyə tələsirlər. Özü də məcburi çıxarma prosesi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında keçirilir. Üçtərəfli bəyanata əsasən Laçın şəhəri ilə yanaşı koridorun üzərində yerləşərək ermənilər üçün böyük önəm daşıyan Zabux kəndi də Azərbaycana təhvil verilir.

Azərbaycan Qarabağdakı separatçı-terrorçu rejimin “həyat yolunu” bağlayır. Dalidag.az xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” nəşrində yayımlanan məqalədə deyilir. Nəşr yazır ki, bu yol separatçı rejimin əsas təchizat arteriyasıdır: “Azərbaycan yolun marşrutunu dəyişdirmək və bu əraziləri nəzaratə götürməklə Xankəndidəki qondarma rejimi blokada vəziyyətinə salacaq. Çünki bu yoldan təkcə hərəkət üçün istifadə edilmir, həm də elektrik və qaz xətti də keçir”. Məqalədə bildirilir ki,
Yazı axını