Reklam
Kəlbəcərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib
09-08-2022 13:02

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən verilən məlumata görə, bu çərçivədə, Xidmət tərəfindən “Azərenerji” və “Azərişıq” ASC-lərin Kəlbəcər rayonunda fəaliyyət göstərən işçi heyəti üçün “Yanğın təhlükəsizliyi qaydaları”na əməl olunması istiqamətində maarifləndirmə tədbirləri keçirib.
Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə bağlı geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının, eyni zamanda meşəlik ərazilərdən keçən yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının qorunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatının zəruriliyi vurğulanıb.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 09-08-2022 13:02
Baxış sayı: 2445Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























