44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Fuad Füzuli oğlu Məhərrəmlinin xatirəsinə Suraxanı rayonu Yeni Ramana qəsəbəsində inşa edilən abidə-bulaq kompleksinin açılış mərasimi olub. Dalidag.az xəbər verir ki, açılış mərasimində Kəlbəcər RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, Suraxanı RİH-in məsul əməkdaşları, tədbirin təşkil olunmasında əməyi keçən, məzunu olduğu Fərrux İsrafil oğlu

Sentyabrın 13-14-də Azərbaycan ordusu Basarkeçər (Vardenis) istiqamətində taktiki baxımdan olmasa da, strateji baxımdan mühüm olan bir neçə döyüş mövqeyini ələ keçirə bilib. Bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan deyib. Martikyan qeyd edib ki, ən böyük ərazi itkiləri Cermuk istiqamətində olub. “Burada ciddi ərazi irəliləyişinin olduğunu söyləmək olmaz, onlar bir neçə döyüş mövqeyini ələ keçirə biliblər. Amma o döyüş mövqeləri

Son zamanlar insanlar tərəfindən geniş müzakirə olunan mövzularda biri də şəhid ailəsi statusunun kimə verilməsi ilə bağlıdır. Dalidag.az xəbər verir ki, mövzu ilə bağlı Baku TV-yə açıqlama verən hüquqşunas, Emil Aslanov şəhid ailəsi hesab edilən şəxslərin siyahısını təqdim edib: - şəhidin həyat yoldaşı; - valideynləri; - 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları; - 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; - 18 yaşına

3 il əvvəl idi. Biz komanda olaraq bir qərara gəldik və qərarımızı gerçəkləşdirmək üçün çətin bir yola başladıq. Bəlli məqsədimiz, aşkar məramımızla məsuliyyəti, ağırlığı adına tən bir ucalığı yaşatmaq, unudulmağa qoymamaq üçün çıxdıq bu yola. Əslində fəaliyyətimizin yaşı daha çox olsa da sayt olaraq 3 yaşımızı qeyd edirik. Bəli, "Dəlidağ" qəzetindən, “Dəlidağ” Ədəbi Birliyindən başlanan müqəddəs işimizi, daha doğrusu borcumuzu, missiyamızı daha geniş arenada işıqlandırmaq, təbliğ etmək üçün

İkinci Qarabağ müharibəsinin ikinci ili ilə bağlı bir-çox yerlərdə anım günü keçirilib. Bunlardan biri də, Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədovun qatıldığı ilk şəhidimiz olan Atayev Nicat Habil oğlunun anım mərasimidir. Dalidag.az xəbər verir ki, ilk öncə Fəxri xiyaban ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Bunun ardından şəhidin ailəsinin yaşadığı Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində toplaşaraq şəhidimiz yad ediblər. Mərasimdə şəhidin ailə üzvüləri ilə

Ötən gün Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ordumuzun əsgərinin yaralanmasına cavab atəşi nəticəsində məhv edilən 3 erməni hərbçidən biri zabitdir. Bu barədə Ukraynanın “Rıbar” hərbi Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun 28 sentyabr Kəlbəcər rayonu istiqamətində Ermənistan ordusunun təxribatını uğurla dəf etdiyi zaman məhv edilən 3 erməni hərbçisindən biri həmin istiqamətdə dislokasiya olunmuş erməni batalyonunun komandiri imiş. “Rıbar”ın bu

Ruh didərgin olanda insanın varlığı kədərə təslim olur. Həsrətə köklənən hisslər, duyğular da ağrı rənginə boyanır, nisgil dadır. Yaşadığın həsrətin ünvanı uzaqlar olanda qüssə yükün də ağır olur. Uzaqlar dediyim əslində doğma olan, sadəcə əlin çatmayan yurd yerlərini ifadə edir. İztirabın doğurduğu çarəsizlik uzaqlara dikilən baxışların xatirələr fonunda cızdığı xəyal dünyasından qopan bir qığılcım ümiddə əriyir. Arzularına yenilməsi ilə sabahlara inam cücərir qübara bürünmüş insanın içində. O

Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Dalisag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Təxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir. Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd

Daşaltı kəndinin azad olunması tapşırığına rəhbər polkovnik Tehran Mənsimov təyin olunub. Dalidag.az xəbər verir ki, bu barədə məlumat İctimai TV-də yayımlanan “Bizim torpaq” sənədli filmində bildirilib. Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Dəstəsini zabiti olan Tehran Mənsimov sözügedən sənədli filmdə Daşaltı əməliyyatından bəhs edib: “Xüsusi təyinatların itkisiz irəliləməsi üçün Daşaltıya hücum etməli, düşmənin Şuşadan, Xankəndidən, Laçın yolu
Yazı axını