Xəbər verdiyimiz kimi, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ordumuz təxribatın qarşısını almaq məqsədi ilə düşmənə zərbələr endirib. Azərbaycan Müdafiə Nazirliyindən şəxsi heyət arasında itkilərin olduğu və hərbi infrastruktura ziyan dəydiyi bildirilib. Dalidag.az xəbər verir ki, gecədən başlanan döyüş bu gün də davam edib. Həlak olan

Əvəz Zeynallının apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda onun ev dustaqlığına buraxılması ilə bağlı şikayəti təmin olunmayıb. Ə.Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 4 aylıq həbs qətimkan qərarı qüvvədə saxlanılıb. Dalidag.az

Milli Məclisin deputatı Səttar Mehbalıyevin yaxın qohumu şəhid olub. Ermənilərin Kəlbəcər, Laçın istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalı şəhid olub. Şəhidimiz Milli Məclisinin deputatı Səttar Möhbalıyevin əmisi nəvəsidir. Dalidag.az

Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır.

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri
Yazı axını