Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən çıxışı zamanı deyib. "Bu gün Murov dağından buraya gələrkən, bu gözəl dağlara baxarkən bir daha görürəm ki, bizim Vətənimiz nə qədər gözəldir. Murov dağından, bax, Laçın şəhərinə qədər 12 tunel tikilir, təsəvvür edin, təkcə bu istiqamətdə. Mən hələ Füzuli-Şuşa istiqamətini, digər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Dalidag.az xəbər verir ki, dövlətimizin başçısı çıxış edib. Prezident İlham Əliyevin çıxışı - Qırx dörd günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı

Azərbaycan Respublikasının Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib. Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində 2400 metr uzunluğunda olan Laçın Beynəlxalq Hava Limanına giriş tunelinin inşası ilə tanış olub. Dalidag.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yeni inşa olunan tunel barədə məlumat verib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham

Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib. Bu barədə "Mash” teleqram kanalındakı birbaşa yayımdan məlum olub. "Vətənimizi və bütövlüyümüzü qorumaq üçün mən qismən səfərbərliyə dəstək verməyi zəruri hesab edirəm", deyə Putin vətəndaşlara müraciətində bildirib. Dövlət başçısı qeyd edib ki, yalnız ehtiyatda olan və ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar hərbi xidmətə çağırılacaqlar. Bölmələrə

Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb. Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar. Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. musavat.com Dalidag.Az
Yazı axını