Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri

Bu gün əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Mingəçevir şəhəri, Mingəçevir şəhər Bələdiyyəsinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və digər

"Vətəndaşların Laçın rayonu ərazisində lövhəni sındırması ilə bağlı inzibati qaydada həbs edilməsi ilə bağlı iddiaları təkzib edirik, tam əsassızdır". Dalidag.az xəbər verir ki, bu haqda AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən məlumat verilib. "Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olması və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dalidag.az axar.az-a istinadla xəbər verir ki, Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia edilir. Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.
Yazı axını