Dalidag.az xəbər verir ki, bu haqda AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
"Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olması və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”.
Qeyd edək ki, sosial şəbəkələrdə Laçında ermənilərin yazdıqları "Berdzor" lövhəsini sındıran Laçın sakini Elnur İsayevin həbs olunması ilə bağlı məlumat yayılmışdı.