Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Kəlbəcər rayonunun Qasımlar kənd sakini, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış 20.09.1999-cu il təvəllüdlü, leytenant Şirinov Ömər Muğan oğlu bu gün Goranboy rayonu Zeyvə kənd qəbirstanlığında dəfn edildi. Təşkil olunan vida mərasimində

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumat yayıb. Dövlət Komissiyasından verilən xəbərə görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya

Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyi təxribat nəticəsində Azərbaycan Ordusunun 50 şəhid verdiyini açıqlayıb və rəsmi siyahını dərc edib. Dalidag.az şəhidlərin şəkillərini təqdim edir: 1. DSX-nin hərbçisi, MAXE Babazadə Elşən Sahib oğlu (Qəbələ rayonu Mıxlıqovaq kəndi) 2. DSX-nin hərbçisi, kapitan 1994-cü il təvəllüdlü Mehbalıyev Fərid Kəmaləddin oğlu

Gəncədə şəhid hərbçini qarşılayan ata ürəktutmasından dünyasını dəyişib. Hadisə Gəncə şəhərində qeydə alınıb. Gəncə şəhərində şəhid Vadim Qocayevin nəşini qarşılayan atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Onların hər ikisinin nəşi Bakıya göndəriləcək.
Yazı axını