Kəlbəcər rayon İcra Hakimiyyətinin sabiq başçısı Vidadi Məhərrəm oğlu Məhərrəmov dünyasını dəyişib. Dalidag.az bildirir ki, Vidadi Məhərrəmov Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. Ali məktəbi bitirdikdən sonra müəllim kimi təyinatla Kəlbəcərə göndərilib, burada müxtəlif vəzifələrdə çalışıb. 2006-2013-cü illərdə isə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı işləyib. Allah rəhmət eləsin!

Oktyabrın 27-də Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olmuşdur. Baş Prokurorluqdan Dalidag.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvünün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Türkiyəli səyahətçilər Şuşa, Ağdam, Kəlbəcər və Laçından sonra bu gün Zəngilana səfər ediblər. Heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir. Dalidag.az-ın verdiyi xəbərə görə, səyahətçilər gəzintiyə Zəngilan rayonunun Ağalı kəndindən start verib.

İraqın yeni hökumətində soydaşımız da yer alıb. Telafər türkmanı (İraqdakı türkmanlar azərbaycanlılardır), Mosuldan seçilən millət vəkili, təqaüddə olan hərbçi Sabit Məhəmməd Halaybəyliyə (Sabit Məhəmməd Səid Rza Abbasi) İraqın yeni hökumətində müdafiə naziri vəzifəsi tapşırılıb. Qeyd edək ki, İraqın yeni qurulan hökumətində daha bir soydaşımıza yer alacağı gözlənilir.

"Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbçilər hətta təyyarəyə oturanda bir din xadimi gəlib Qurani-Kərimlə xeyir-dua verir. Bu nəyə xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim. Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda 600-dən çox insan qətlə yetirildi. Bunu

“Bizim 4000-ə yaxın itkin düşmüş vətəndaşımız var. Əsir və itkin, girov götürülmüşlərlə iş üzrə Dövlət Komissiyasının sənədlərində bunların hamısı dəqiq var”. Dalidag.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Hərbi prokuror Xanlar Vəliyev deyib. Hərbi Prokuror bildirib ki, şəxsiyyəti bəlli olmayan təxminən 450 nəfərə yaxın insanın qalıqları aşkarlanıb: “O cümlədən onların da böyük bir qismi kütləvi məzarlıqlarda aşkar olunur. Şuşada 2 yerdə, Kəlbəcərdə, Zəngilanda, Xocavənd rayonunda

"Hələ sənədlərimi təqdim etməmişəm. Yəqin ki, gələn həftə sənədlərimi təqdim edəcəyəm”. Dalidag.az bildirir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq dövlət katibi Pənah Hüseyn deyib. 65 yaşını qeyd edən eks-Baş nazir nə qədər pensiya alacağını dəqiq bilmədiyini söyləyib: "Məndə olan məlumata görə, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab göndərir və təxminən bir neçə aya pensiya məsələsi nizama salınır. Mən bununla məşğul

İstedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Dalidag.az" saytının əməkdaşı Sevinc Qərib bu gün Bakıdakı klinikaların birində əməliyyat olunub . Yaxınlarının verdiyi məlumata görə, hazırda şairin səhhəti normaldır. Qeyd edək ki, Sevinc Qərib bir müddətdir səhətində yaranan problemlərdən əziyyət çəkir. "Dalidag.az" ailəsi olaraq Sevinc Qəribə şəfa diləyir, tezliklə işlərini davam etməsini arzulayırıq. Nigar Nəriman

İşğaldan azad olunan daha iki rayonda kütləvi məzarlıqlar aşkarlanıb. Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət

Ukrayna ordusunun əks hücumu nəticəsində Xarkov vilayətinin Kupyansk şəhəri azad edilib. Jurnalist Eynulla Fətullayev sözügedən şəhərdə olub. Onun sözlərinə görə, Kupyansk hələ də güclü raket zərbələrinə məruz qalır. Şəhər tamamilə dağıdılıb və xarabalığa çevrilib. “qafqazinfo” Dalidag.az
Yazı axını