Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan leytenant Şirinov Ömər Muğan oğlunun 40 mərasimi keçirilib . Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon

AYB qarşıdan gələn Qurultaya nümayəndə seçilənlərin siyahısını "Ədəbiyyat qəzeti"ndə dərc etdirməklə məni əməlli-başlı təəccübləndirdi. Məxfiliyi bəzi güc nazirliklərimizdən daha çox gözləyən, alınan mükafatların siyahısından tutmuş, ayrılan pulların xərclənməsini, bölmə sədrlərinin təyinatını gizli saxlayan qosqoca qurum, bu dəfə açıqlama verdi. Siyahıda çox dəyərli dostlarımızın adlarına rast gəldim və kənarda qalanlar da çoxdu. Halbuki, 330 nəfərlik siyahıda onlardan bəzilərinin adları da

Bu gün Fransanın Tuluza şəhərində Azərbaycanda toxunmuş, 150 ildən çox yaşı olan xalça nümayiş olunacaq. Bu barədə Fransa mətbuatı xəbər verir. Məlumata görə, onu 20 ildir kilim xalçaları toxumaqla məşhur olan həvəskar Loran Konsul nümayiş etdirəcək. “Mənim kilim xalçasına həvəsim gənclik illərində Türkiyəyə ilk səfərim zamanı başlayıb. Sonra tədricən xalçalarla maraqlanmağa başladım. Əvvəlcə ucuz hissələri almaq və sonra isə seçimi təkmilləşdirməklə..”, - o deyib. Qeyd edilir ki, onun kiçik

Standart fikirlərdən, düşüncələrdən həmişə qaçmağa çalışıram. Yaradıcılıqda da ölçü-bölgü kimi "qadağa iyi" gələn məsələləri xoşlamıram. Sözü, fikri (lazım olmayanda) qəlibə salıb suyunu çıxarmağın əleyhinəyəm... Buna oxşar bir çox fikirlər misal gətirə bilərəm... İstəməsəm də, bəzi hallarda mən də bölgəçilik-bölgüçülük xəstəliyinə tutuluram. Bunu özümün ən böyük yanlışım hesab edirəm. Ancaq gözəlliklər məskəni olan Kəlbəcərdə doğulub-boya başa çatmağım həmişə bu yurdun adını fəxrlə çəkməyə

"Türkiyə ilə Azərbaycan qardaş deyil. Dil çox kiçik ünsürdür, məzhəb daha güclüdür". Dalidag.az xəbər verir ki, bunu iranlı diplomat Əbulfəz Zöhrəvənd deyib. O bildirib ki, "Azərbaycan tərpənsə, Bakıda başını əzəcəyik". "Biz bölgədə yerləşməliyik. Biz Zəngəzura yerləşməliyik", - deyə Zöhrəvənd əlavə edib.konkret.az

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Dalidag.az

İran harda lazım bilirsə, orda da hərbi təlim keçirəcək. Dalidag.az xəbər verir ki, bu sözləri İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü Həsən Həmmati İRNA-ya açıqlamasında deyib. O, ənənəvi İran “şüarını” – Cənubi Qafqazda sərhədlərin dəyişməsini İslam Respublikasının “heç bir halda” qəbul etməyəcəyini təkrarlayıb: “İranın şimal-qərbində, Azərbaycanla sərhəddə hərbi təlimə gəlincə, bu, güc nümayişi idi - qonşu ölkələr üçün sülh və dostluq, düşmənlərə qarşı

Keçmiş Laçın dəhlizini tərk edən Rusiya sülhməramlılarının postlarından görüntülər yayılıb. Dalidag.az xəbər verir ki, görüntülər İTV-də yayımlanıb. Qeyd edək ki, 2022-ci ilin avqustun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti bərpa etdiyini açıqlamışdı. Bildirək ki, bu, keçmiş Laçın dəhlizinə çəkilmiş alternativ yolun istifadəyə verilməsinin nəticəsi idi. Ermənistanla Qarabağı birləşdirən Laçın yoluna

Prezident İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Aydın Kərimov – Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Müşahidə Şurasının üzvləri Elnur

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütamadi həkim nəzarəti altındadırlar. Dalidag.az bildirir ki, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.
Yazı axını