Reklam

Azərbaycan Yazıçılar Birliyindən kəlbəcərli yazarlara qarşı sayğısızlıq...
22-10-2022 19:17

İstəməsəm də, bəzi hallarda mən də bölgəçilik-bölgüçülük xəstəliyinə tutuluram. Bunu özümün ən böyük yanlışım hesab edirəm. Ancaq gözəlliklər məskəni olan Kəlbəcərdə doğulub-boya başa çatmağım həmişə bu yurdun adını fəxrlə çəkməyə məni vadar edir. Kəlbəcəri əvəzsiz, rəngarəng təbiətinə görə bütün canlılar sevdiyi kimi, biz insanlar da saf suyundan, təmiz havasından mayalandığımız o yurda çox bağlıyıq.
Biz SÖZƏ çox həssasıq. Ağrılı və göynək yerimizdi söz. Sözü çox istəyirik. Ədəbiyyata lap çox bağlıyıq. Biz şeir dinləyib ağlayırıq. Və ürəyi daşlaşmış cəmiyyətdə bunun heç də əla iş olduğunu düşünmürəm. Bəlkə Allahın, ya təbiətin bir qarğışıdı bizə... Ancaq gerçək olan budur.
Bir neçə il bundan qabaq AYB gizli şəkildə Kəlbəcərin də adı salınan bir bölmə yaratdı. Adını da "AYB Qubadlı regional bölməsi" qoydu. Eşidib etirazımı bildirdim. İlk olaraq ona görə ki, seçki ilə keçirilməli olan təsis konfransında bir nəfər belə Kəlbəcəri təmsil edən AYB üzvü iştirak etməmişdi. Mənim telefon nömrəmi tapmadıqlarını bildirdilər. Sözsüz ki, bu bir bəhanə idi. Tələm-tələsik bir "təsis konfransı" düzəltmişdilər.
Bu gün də AYB-nin hansısa bir bölməsində Kəlbəcərin adının keçdiyini rayonun üzdə olan yazarlarının çoxu bilmir. Özünəməxsus ədəbi mühiti olan Kəlbəcərə qarşı AYB-nin bu saymamazlığı, yanlışlığı tezliklə aradan qaldırılmalıdı.
Bildiyiniz kimi, bu yaxınlarda AYB-nin Xlll Qurultayı keçiriləcək. Qurultayqabağı bölmələrdə yığıncaqlar keçirildi, nümayəndələr seçildi. Ancaq Kəlbəcərin də "təmsil olunduğu" bölmədə bu təşkil edilmədi. Onlarla istedadlı, ədəbi mühitdə aktiv olan (ayrı-ayrı bölgələrdən bəziləri siyahıya salınıb) kəlbəcərli qələm sahibi biganəliklə qarşılaşdı. Təbii ki, bunun əsas günahkarı AYB, onun başında duranlardı.

Namiq Dəlidağlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.



Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar
01-08-2025 13:57
