Ötən gün ağır yol qəzasında ölən şəxslərin hərbçi olduğu məlum olub. Dalidag.az xəbər verir ki, onlar Gəncə şəhər sakini, MAHHXHQ Musayev İslam İsax oğlu və Şəki şəhər sakini, MAHHXHQ Aslanov Mübariz Azər oğludur. Məlumata görə, hər iki hərbi qulluqçu 44 günlük Vətən müharibəsində və 13 sentyabr 2022 -ci il tarixində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına döyüşüblər. Onların nəşi Cəlilabadda Azərbaycan bayrağına bükülmüş tabuta qoyularaq öz yaşadığları rayona yola salınıb. Qeyd
Yazı axını