“Rusiya ordusunun döyüş meydanında bir sıra məğlubiyyətlərindən sonra Vladimir Putin Ukraynaya hərbi yardımın paylandığı yerlərə hücum əmri verə bilər. Bu, hətta Polşadakı hava limanları da ola bilər”. Dalidag.az xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü, Kəşfiyyat komitəsinin nümayəndəsi senator Marko Rubio CNN-ə deyib. “Əgər Vladimir Putin qərara gəlsə ki, məsələn, NATO-nun, Avropanın və ABŞ-ın Ukraynanı silahlandırmaq onun təkcə müharibəni uduzmasına gətirib çıxarmayacaq, həm də hakimiyyəti

Azərbaycan hərbçilərinin “erməni əsirləri” güllələməsi ilə bağlı yayılan video kifayət qədər şübhəlidir və açıq suallar yaradır, xüsusilə görüntülərin sürətli şəkildə xarici mediaya servis edilməsi, Bakı-İrəvan münasibətlərində vasitəçilik edən avropalı siyasətçilərin məsələyə münasibəti və s. fonunda. - Görüntülər nə qədər realdır? - Niyə indi ortaya çıxdı? - Bu görüntülər nəyə hesablanıb? Görüntülərin feyk olduğuna əminlik yaradan məqamlar var: 1. Görüntü və səs arasında uyğunsuzluq açıq hiss

İşçi Qrupunun rusiyalı həmsədri: “Danışıqlar o zaman başa çatacaq ki, əldə olunan nəticəni heç bir tərəf qələbə kimi şərh etməsin” Rusiya baş nazirinin müavini, nəqliyyat və kommunikiasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupun həmsədri Aleksey Overçuk ötən həftə Ermənistanda olub. Overçuk Ermənistan-Rusiya iqtisadi forimunda iştirak edib, bu ölkənin rəhbərliyi ilə müzakirələr aparıb. Səfəri və kommunikasiyalar açılması baradə danışıqların hazırkı səviyyəsi barədə “Rossiyskaya qazeta”ya geniş

SÜCAƏT Sücaət Yunus oğlu Əhmədov 1946-cı il iyun ayının 4-də Kəlbəcərdə dünyaya göz açıb. 2002-ci il mart ayının 6-da Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat edib. Məzarı Göygöl rayonundadır. Qeyd edək ki, Sücaət tanınmış jurnalist Hidayət Elvüsalın qardaşıdır. Dalidag.az Sücaət in şeirlərini təqdim edir: DAĞLAR Mən gedirəm qürbət elə, Sağ-salamat qal, a dağlar. Halallıq ver, qoy qalmasın Ürəyimdə xal, a dağlar. Hanı məndə dözüm sənsiz, Sönəcəkdir közüm sənsiz. Qan tökəcək gözüm sənsiz

Pakistanın sabiq baş naziri İmran Xan haqqında həbs qətimkan tədbiri seçilib. Pakistanın Marqalla bölgəsinin yerli hakimi Mücahid Rəhim keçmiş baş nazir İmran Xanın həbsinə qərar verib. İmran Xan məhkəməyə hörmətsizlikdə və insanları terrora təşviq etməkdə ittiham olunur.

Ukrayna prezidenti Vladimir Zelenski Liman şəhərinin işğaldan azad edildiyini rəsmən açıqlayıb. Zelenski bildirib ki, artıq Liman şəhərində Ukrayna bayrağı dalğalanır. Prezident həmçinin əlavə edib ki, işğal edilmiş ərazilərin azad olunması davam edəcək. Dalidag.az xəbər verir ki, bundan əvvəl Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü rədd edib. Xatırladaq ki, Ukrayna ərazilərinin ilhaqını rəsmən elan etdikdən sonra Putin Ukraynanı hərbi əməliyyatları dayandırmağa və

"...Qoy yazım varağı qalmasın ağı, Kim çəkər həsrəti Bəhmən sayağı. Çox da müqəddəsdi Gəncə torpağı, Kəlbəcər yadıma düşdü, darıxdım..." Dalidag.az Kəlbəcər həsrətilə bu dünyadan köç edən mərhum şair Bəhmən Vətənoğlunun şeirlərini təqdim edir: BƏHMƏN Bu mənəm, a qardaş, tanımadınmı? Könlü dərdli, dili nalalı Bəhmən. İndi yurdsuz qalıb, yuvasız qalıb, Gördüyün o yurdlu-yuvalı Bəhmən. Qəzalar, qədərlər əyibdi məni, Dərdim öz içimdən yeyibdi məni. Zaman zindanında döyübdü məni, Yoxdu o əzəlki

Rəsmi Bakı Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına səylərini artırarkən İrəvan gah sərhəddə növbəti təxribatlar törədir, gah da destruktiv bəyanatlarla vəziyyəti gərgin saxlamaq planından əl çəkmək fikrində görünmür. Amma Ermənistan törətdiyi təxribatlara Azərbaycandan aldığı cavablardan sonra başa düşməlidir ki, indi geosiyasi konfiqurasiyalar arasında manevr etməyin vaxtı deyil. İndi verilən sözlərə, edilən vədlərə, atılan imzalara əməl etməyin zamanıdır. Lakin təəssüflər olsun

Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Dalidag.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyati əhəmiyyətli sahələrdə, o cümlədən tibbi xidmətin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir. Bu işlər çərçivəsində bu gün Hadrut Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Ailə

İşğaldan azad olunmuş Laçın rayon mərkəzində, Zabux və Sus kəndlərində tibbi xidmət yenidən təşkil ediləcək. Dalidag.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyi və TƏBİB-in rəhbər əməkdaşlarından ibarət işçi qrupu Laçın şəhəri, Zabux və Sus kəndlərinə səfər edib. Nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və
Yazı axını