Reklam
“Ləyaqətsiz Putinlə danışmayacağam, ərazilərimizi azad edəcəyik” - Zelenski
02-10-2022 10:20
Ukrayna prezidenti Vladimir Zelenski Liman şəhərinin işğaldan azad edildiyini rəsmən açıqlayıb.
Zelenski bildirib ki, artıq Liman şəhərində Ukrayna bayrağı dalğalanır. Prezident həmçinin əlavə edib ki, işğal edilmiş ərazilərin azad olunması davam edəcək.Dalidag.az xəbər verir ki, bundan əvvəl Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü rədd edib. Xatırladaq ki, Ukrayna ərazilərinin ilhaqını rəsmən elan etdikdən sonra Putin Ukraynanı hərbi əməliyyatları dayandırmağa və danışıqlara dəvət etmişdi. Amma Zelenski danışıqlara hazır olduğunu bildirsə də, Purinlə danışıqların mümkün olmadığını bildirib. Onun sözlərinə görə, məhz Ukrayna “danışıq səylərində lider olub və qalır”. Zelenski həmişə Putini onunla üz-üzə görüşməyə çağırırdı. İndi isə Zelenski Vladimir Putinlə danışıqlar aparmaq niyyətində olmadığını bildirib. Zelenski bunu sürətləndirilmiş prosedur çərçivəsində NATO-ya üzvlük üçün ərizənin imzalanması ilə bağlı müraciətində bildirib. Müraciətin mətni ilə Ukrayna Prezidentinin İşlər İdarəsinin saytında tanış olmaq olar.
Zelenskinin sözlərinə görə, Ukrayna “danışıq səylərində lider olub və qalır”, lakin Putinlə dialoqda heç bir perspektiv görmür. “Bizim dövlətimiz həmişə Rusiyaya bərabər, vicdanlı, ləyaqətli və ədalətli şərtlərlə birgə yaşamaq barədə razılığa gəlməyi təklif edib. Açığı, hazırkı Rusiya prezidenti ilə bu mümkün deyil. O, ləyaqət və namusun nə olduğunu bilmir. Ona görə də biz Rusiya ilə dialoqa hazırıq, amma Rusiyanın başqa prezidenti ilə”,- deyə Ukrayna lideri bildirib.
Putin isə sentyabrın 30-da Ukraynanı danışıqlara başlamağa çağırıb, lakin “Donetsk və Luqansk Xalq Respublikaları”, eləcə də Zaporojye və Xerson vilayətlərinin ərazilərini müzakirə etmədən danışıqlar təklif edib. “Biz Kiyev rejimini atəşi, bütün hərbi əməliyyatları, 2014-cü ildə başlatdığı müharibəni dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Biz buna hazırıq. Amma biz Donetsk, Luqansk, Zaporojye və Xersonda xalqın seçimini müzakirə etməyəcəyik”,- deyə Putin bildirib.
Zelenski isə bütün ərazilərin hərbi yolla geri qaytarılacağı barədə vəd verib. Bu vəd paralel olaraq ABŞ və Avropadan silah vədləri ilə müşayiət olunub. Müttəfiqləri Ukraynaya daha çox hərbi və humanitar yardım vəd ediblər./bizimyol.info
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 02-10-2022 10:20
Baxış sayı: 3188
Yazı axını
28 / 01 / 2025
28 / 01 / 2025
27 / 01 / 2025
26 / 01 / 2025
25 / 01 / 2025
24 / 01 / 2025
24 / 01 / 2025
23 / 01 / 2025
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
Ən çox oxunanlar