İşğaldan azad edilmiş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində təmir tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri aşkarlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı deyib. O bildirib ki, məlumat daxil olduqdan dərhal sonra Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib: “İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 144 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 10-dan 15-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 111 mina və 271 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 435 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Dalidag.az

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Dalidag.az

Bu gün - oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən iki il ötür. 2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi,

Ermənilər azərbaycanlılara məxsus məzarları dağıdır. Dalidag.az xəbər verir ki, erməni istifadəçinin "TikTok" sosial şəbəkəsində paylaşdığı kadrlarda yük maşınının azərbaycanlılara məxsus qəbiristanlıqda məzar daşlarını qəsdən sökdüyü görünür, bu da növbəti erməni vəhşiliyinin nümunəsidir. Ekspertlər artıq görüntülərin çəkildiyi ərazini də müəyyənləşdiriblər. Qəbirlərin Xankəndi yaxınlığında, Rusiya sülhməramlılarının məsuliyyəti zonasında yerləşdiyi bildirilib. Dalidag.az

Kəlbəcər, Laçın və Tovuz istiqamətində ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də

Oktyabrın 14-ü axşam saatlarından 15-i gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Hacılar və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən

Aşağı temperatur bu qışda Ukraynada respirator xəstəliklərin, soyuqlama və donvurmaların kəskin artmasına səbəb ola bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Ukrayna hökumətinin statistikasına görə, müharibə başlayandan 800 mindən çox ev dağılıb və 10 minlərlə adam qaçqın düşərgələrində yaşayır. Onların soyuqdan qorunmağa şəraiti yoxdur. “Çox sayda ukraynalı tez-tez yerdəyişmə edir, qeyri-standart, istilik olmayan tikililərdə yaşayır. Bu da donvurma, soyuqlama,

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. Yaxın günlərdə məhkəmə başlanacaq. Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Əli Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan başqa bir

“Kəlbəcər rayonundan olan məcburi köçkünlərin problemləri ilə əlaqədar olaraq müvafiq qurumlara müraciət etdirəm. Son zamanlar mənə məcburi köçkünlərin çoxsaylı müraciətləri daxil olub. Məcburi köçkünlər bildirirlər ki, məhkəmə qərarı ilə məskunlaşdığı yaşayış yerlərindən çıxarılırlar”. Dalidag.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Aqil Məmmədov deyib. Deputat xatırladıb ki, Prezident İlham Əliyev bu məsələlərlə bağlı zamanında qəti münasibətini ifadə edib: “Torpaqlarımız
Yazı axını