2018- ci il iyun ayının son günləri idi. İnternetdən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Zaur Hüseyn oğlu Cəfərovu döyüşdə rəşadət və qəhrəmanlıq göstərdiyinə görə təltif etdiyi barədə məlumat aldım. Telefonunu öyrənib təbrik etdim. (Mən onu Başlıbelin işğalından sonra görməmişdim. Uşaqlıqda çox istiqanlı, sevilən təbiətə malik bir oğlan idi. Bacısının müəllimi idim. Bizim Şordərə məhəlləsində hamı birevli kimi idi, mehriban idi, Zaur kimi balaları da mübaliğəsiz, hamı öz balası kimi

Müəllim peşəsini ürəkdən sevən Suqra Cəfərova Sumqayıt şəhərində doğulub. Dalidag.az İctimaiTV-yə istinadla xəbər verir ki, əslən Kəlbəcərdən olan gənc müəllim hazırda Qusar rayonunun İmamqulu kəndində dərs deyir. O gələcəkdə pedaqoji fəaliyyətini baba yurdu Kəlbəcərdə davam etdirmək arzusundadır. Qeyd edək ki, Suqra Cəfərova 2014-2016-cı illərdə Türkiyənin xarici tələbələr üçün ayrılmış təqaüdünü qazanıb və ali təhsilinin magistratura pilləsini burada bitirib. O, bu müddət ərzində Almaniyanın

Bu gün hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənoun doğum günüdür. Növbəti doğum gününü həbsxanada qarşılayan Eldar Həsənovun 67 yaşı tamam olur. Qeyd edək ki, 10 oktyabr 1955 ci ildə Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində dünyaya göz açan Eldar Hümbət oğlu Həsənov 1972–1977 — Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsində təhsil alıb. 1977–1990 —

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayır. AŞPA-nın Mətbuat Xidmətində verilən məlumata görə, Assambleyanın sessiyasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi son təxribatlar, Avropanın ərzaq təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropa üçün fəsadları ilə bağlı müzakirələr aparılacaq. Assambleya həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın AŞPA qarşısında öhdəliklərini yerinə yetirməsini müzakirə edəcək.

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan
Yazı axını