Reklam
Ermənistanın törətdiyi təxribatlar AŞPA-da müzakirə olunacaq
10-10-2022 10:52

AŞPA-nın Mətbuat Xidmətində verilən məlumata görə, Assambleyanın sessiyasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi son təxribatlar, Avropanın ərzaq təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropa üçün fəsadları ilə bağlı müzakirələr aparılacaq.
Assambleya həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın AŞPA qarşısında öhdəliklərini yerinə yetirməsini müzakirə edəcək.
Sessiya çərçivəsində oktyabrın 13-də Ukrayna Prezidenti Volodimir Zelenski videokonfrans vasitəsilə Assambleyanın deputatları qarşısında çıxış edəcək.
Bundan başqa, İrlandiya Prezidenti Maykl Hiqqinsin, İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassisin, Albaniyanın Baş naziri Edi Ramanın da çıxışları planlaşdırılıb.
Sessiya oktyabrın 14-də başa çatacaq.
Xatırladaq ki, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə yola düşüblər.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 10-10-2022 10:52
Baxış sayı: 2245Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























