Reklam
Eldar Həsənovun doğum günüdür
10-10-2022 13:32
Bu gün hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənoun doğum günüdür. Növbəti doğum gününü həbsxanada qarşılayan Eldar Həsənovun 67 yaşı tamam olur. Qeyd edək ki, 10 oktyabr 1955 ci ildə Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində dünyaya göz açan Eldar Hümbət oğlu Həsənov 1972–1977 — Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsində təhsil alıb.
1977–1990 — Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhərinin Nizami rayonunun daxili işlər şöbəsinin rəisi;
1990–1992 — Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi;
1992–1993 — İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi;
1993 — Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini;
1993–1995 — Azərbaycan Respublikası Baş Prokurorun birinci müavini;
1995–2000 — Azərbaycan Respublikasının Baş Prokuroru;
2000 — Azərbaycan Pedaqoji Universitetinin müəllimi;
2001 — Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndirici;
2001–2013 — Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri.
2013–2020 Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri olub.
Xatırladaq ki, Eldar Həsənov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.
Dalidag.az ailəsi olaraq Eldar Həsənovu təbrik edir, növbəti doğum gününü azadlıqda qarşılamağı diləyirik!
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 10-10-2022 13:32
Baxış sayı: 3489Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















