Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev vətəndaşları qəbul edib. Dalidag.az -ın xəbərinə görə, fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının

Tanınmış şair-publisist, YAP və AYB üzvü Yafəs Türksəs uzun müddətdən bəri əziyyət çəkdiyi ağır xəstəlikdən sonra dünən axşam dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə Əsəd Cahangir məlumat yayıb. Mərhum bu gün günorta saat 12-də Müşfiqabad qəbristanlığında dəfn ediləcək. Allah rəhmət eləsin!

"Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır". Bu barədə Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilib. "Yayılan məlumatı qəti surətdə təkzib edirik", - nazirliyin məlumatında qeyd olunub. Manevr.az
Yazı axını