Reklam

Kəlbəcər rayon İcra Hakimiyyətinin sabiq başçısı Vidadi Məhərrəm oğlu Məhərrəmov dünyasını dəyişib. Dalidag.az bildirir ki, Vidadi Məhərrəmov Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. Ali məktəbi bitirdikdən sonra müəllim kimi təyinatla Kəlbəcərə göndərilib, burada müxtəlif vəzifələrdə çalışıb. 2006-2013-cü illərdə isə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı işləyib. Allah rəhmət eləsin!
Kəlbəcərin Zallar kəndində insan qalıqları və qadın geyimi tapıldı - Baş Prokurorluq
(31-10-2022, 16:00)
(31-10-2022, 16:00)

Oktyabrın 27-də Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olmuşdur. Baş Prokurorluqdan Dalidag.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvünün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Türkiyəli səyahətçilər Şuşa, Ağdam, Kəlbəcər və Laçından sonra bu gün Zəngilana səfər ediblər. Heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir. Dalidag.az-ın verdiyi xəbərə görə, səyahətçilər gəzintiyə Zəngilan rayonunun Ağalı kəndindən start verib.

İraqın yeni hökumətində soydaşımız da yer alıb. Telafər türkmanı (İraqdakı türkmanlar azərbaycanlılardır), Mosuldan seçilən millət vəkili, təqaüddə olan hərbçi Sabit Məhəmməd Halaybəyliyə (Sabit Məhəmməd Səid Rza Abbasi) İraqın yeni hökumətində müdafiə naziri vəzifəsi tapşırılıb. Qeyd edək ki, İraqın yeni qurulan hökumətində daha bir soydaşımıza yer alacağı gözlənilir.
Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























