2018- ci il iyun ayının son günləri idi. İnternetdən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Zaur Hüseyn oğlu Cəfərovu döyüşdə rəşadət və qəhrəmanlıq göstərdiyinə görə təltif etdiyi barədə məlumat aldım. Telefonunu öyrənib təbrik etdim. (Mən onu Başlıbelin işğalından sonra görməmişdim. Uşaqlıqda çox istiqanlı, sevilən təbiətə malik bir oğlan idi. Bacısının müəllimi idim. Bizim Şordərə məhəlləsində hamı birevli kimi idi, mehriban idi, Zaur kimi balaları da mübaliğəsiz, hamı öz balası kimi

Müəllim peşəsini ürəkdən sevən Suqra Cəfərova Sumqayıt şəhərində doğulub. Dalidag.az İctimaiTV-yə istinadla xəbər verir ki, əslən Kəlbəcərdən olan gənc müəllim hazırda Qusar rayonunun İmamqulu kəndində dərs deyir. O gələcəkdə pedaqoji fəaliyyətini baba yurdu Kəlbəcərdə davam etdirmək arzusundadır. Qeyd edək ki, Suqra Cəfərova 2014-2016-cı illərdə Türkiyənin xarici tələbələr üçün ayrılmış təqaüdünü qazanıb və ali təhsilinin magistratura pilləsini burada bitirib. O, bu müddət ərzində Almaniyanın

Bu gün hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənoun doğum günüdür. Növbəti doğum gününü həbsxanada qarşılayan Eldar Həsənovun 67 yaşı tamam olur. Qeyd edək ki, 10 oktyabr 1955 ci ildə Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində dünyaya göz açan Eldar Hümbət oğlu Həsənov 1972–1977 — Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsində təhsil alıb. 1977–1990 —

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayır. AŞPA-nın Mətbuat Xidmətində verilən məlumata görə, Assambleyanın sessiyasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi son təxribatlar, Avropanın ərzaq təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropa üçün fəsadları ilə bağlı müzakirələr aparılacaq. Assambleya həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın AŞPA qarşısında öhdəliklərini yerinə yetirməsini müzakirə edəcək.

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan

Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən

"Bizim qrup 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına Murovdağ istiqamətindən başladı. Oradakı postlarda düşməni məhv etdikdən sonra növbəti tapşırıq Hadrutun azad edilməsi oldu". Dalidag.az xəbər verir ki, bunu "report"un Xocavənd rayonunun Hadrut qəsəbəsinə ezam olunmuş əməkdaşına açıqlamasında Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən qazisi Elçin Fətullayev deyib. Onun sözlərinə görə, Azərbaycan

Estoniya gələn həftə Ukraynaya yeni hərbi yardım paketini elan etməyə hazırlaşır. Bu barədə Estoniyanın Baş naziri Kaja Kallas tviterdə bildirib. "Biz Ukraynanı daha çox döyüş sursatı, qış və şəxsi avadanlıqla təmin edəcəyik", - Kallas qeyd edib. Dalidag.az

Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin gələcək görüntüləri ilə bağlı videoçarx hazırlanıb. Dalidag.az axar.az-a istinadla sözügedən görüntüləri təqdim edir: Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 4-də Ağdama səfəri çərçivəsində Xıdırlı, Kəngərli və Sarıcalı kəndinin təməlqoyma mərasimində iştirak etmişdi.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Dalidag.az xəbər verir ki, bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir. Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və
Yazı axını