İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz

Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Rövşən Rüstəmov

Müharibə başlayandan bəri Ukrayna 41 milyard avro məbləğində hərbi yardım alıb. Dalidag.az bildirilib ki, bundan başqa, Ukraynaya 14 milyard avro məbləğində humanitar yardım edilib. Latviya bu ölkəyə hərbi büdcəsinin 41 faizini verib. Qeyd edək ki, 2022-ci il fevralın 24-dən Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edib.

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib. Dalidag.az xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb. AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib. Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb. Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub. Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib.

2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir. "Bu, eyni zamanda, son

Bu gün Azərbaycanın görkəmli opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anım günüdür. Dalidag.az xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik

Ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan

Şəhid qardaşının banklara olan kredit borcu “YAŞAT” Fondu tərəfindən tam bağlanıb. Dalidag.az xəbər verir ki, bu barədə oxu.az-a şəhid Səbuhi Əhmədovun qardaşı Sənən Əhmədov məlumat verib. O bildirib ki, Fondun təşəbbüsü ilə onun banklara olan bütün borcu ödənilib: “Kifayət qədər böyük məbləğ idi. “YAŞAT” Fondu həmin kredit borclarını bağladı. Məbləğin dəqiq rəqəmini bilmirəm, amma kifayət qədər çox idi”. Qeyd edək ki, bu barədə ilk məlumatı manşet.az saytı dərc edib.

Əsrlər boyu digər xalqların nailiyyətlərini özününküləşdirən ermənilər bu vərdişlərindən əl çəkmək niyyətində deyillər. Bədnam qonşularımızın növbəti “oğurluğu” Polşada qeydə alınıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, Krakov şəhərində ənənəvi etnik mədəniyyət yarmarkasında “Azərçay”, Göyçay narşərabı və Bakı qurabiyəsi “qədim erməni məhsulları” adı ilə təqdim olunub. musavat.com Dalidag.az

Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Tərtər rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib. Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Dalidag.az
Yazı axını