İş adamı Ruben Vardanyan Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimdə “dövlət naziri” postu tutmağa razılaşıb. Novator.az-ın məlumatına görə, o, oktyabrın 20-də yaydığı açıqlamada fəaliyyətə noyabrın əvvəlində başlayacağını bəyan edib. 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Rusiyada sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınan Ruben Vardanyan milyarderdir. 2022-ci il sentyabrın 1-də

10 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovun kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Bu gün Ali Məhkəmədə baş tutan prosesə hakim İlkin Rəcəbov sədrlik edib. Dalidag .az xəbər verir ki, Eldar Həsənovun vəkili verdiyi açıqlamaya görə, hakim kassasiya şikayətini qismən təmin edib. Belə ki, sabiq Baş prokurorun 3 övladı Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın adına olan əmlakların üzərinə qoyulmuş həbs götürülüb. Eldar

“Noyabrın 5-i səhər tezdən sakitlik idi. Daşaltını azad edəndən sonra tapşırığımız Şuşadan Xankəndi istiqamətinə yolu bağlamaq idi. Birdən ermənilər Şuşakənd-Daşaltı, Şuşa-Daşaltı, Keybalı-Daşaltı və Laçın tərəfdən Daşaltıya yenidən əks-hücuma başladılar. Düşmənin təxminən 4 tabora yaxın qüvvəsi ilə 6 saat gərgin döyüş getdi. Hər tərəfdən bizi güclü atəşə tutdular, yalnız Daşaltıya gəldiyimiz arxa səmt açıqdır. Bu zaman əsgərlərimizdən biri arxadan rabitə ilə xəbər verdi ki, ermənilər meşənin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana birgünlük səfər edəcək. Dalidag.az xəbər verir ki, R.T.Ərdoğan İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş Azərbaycan ərazisində Türkiyə şirkətlərinin də iştirakı ilə inşa edilən ikinci aeroportun - Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək və həmçinin regionun inkişafı üçün həyata keçirilən yeni layihələrin təməlini qoyacaq. Səfər zamanı keçiriləcək ikitərəfli

Ermənistanın Baş naziri Nikol Paşinyan itkin düşmüş erməni hərbçilərin sayını açıqlayıb. O, bu barədə tviter səhifəsində paylaşım edib. "Qarabağda birinci müharibə nəticəsində 777, 2-ci müharibə nəticəsində 217, sentyabrın 13-də 29 itkin düşmüş erməni var" Dalidag.az

Azərbaycan ərazisində olan bütün ermənicə adlar “Google Maps”dən silinib. Dalidag.az xəbər verir ki, bütün bunlar “Google Maps” üzrə ekspert Elvin Hüseynov tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, əvvəlcə Şuşanın ermənicə adı bütün dünya üzrə sistemdən çıxarılıb. Həmçinin daha sonra Azərbaycan Respublikası ərazisində olan digər bütün erməni adları da xəritədən silinib.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev vətəndaşları qəbul edib. Dalidag.az -ın xəbərinə görə, fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının

Tanınmış şair-publisist, YAP və AYB üzvü Yafəs Türksəs uzun müddətdən bəri əziyyət çəkdiyi ağır xəstəlikdən sonra dünən axşam dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə Əsəd Cahangir məlumat yayıb. Mərhum bu gün günorta saat 12-də Müşfiqabad qəbristanlığında dəfn ediləcək. Allah rəhmət eləsin!

"Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır". Bu barədə Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilib. "Yayılan məlumatı qəti surətdə təkzib edirik", - nazirliyin məlumatında qeyd olunub. Manevr.az

Bu gün əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Kəlbəcər rayon 13 nömrəli tam orta məktəbin binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az xəbər verir ki, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi
Yazı axını