Reklam
Məhkəmə Eldar Həsənovun ailəsinin əmlakı üzərinə qoyulan həbsi götürdü
20-10-2022 12:50
10 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovun kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.Bu gün Ali Məhkəmədə baş tutan prosesə hakim İlkin Rəcəbov sədrlik edib.
Dalidag.az xəbər verir ki, Eldar Həsənovun vəkili verdiyi açıqlamaya görə, hakim kassasiya şikayətini qismən təmin edib. Belə ki, sabiq Baş prokurorun 3 övladı Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın adına olan əmlakların üzərinə qoyulmuş həbs götürülüb. Eldar Həsənovun həyat yoldaşı Elmira Həsənovanın adına olan əmlakların isə bir hissəsinə qoyulmuş müsadirə qərarı ləğv edilib.
Vəkil qeyd edib ki, məhkəmə şikayəti qismən təmin etsə də, bunu məmnunluqla qarşılayıblar: “Təmin olunmayan hissə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”.
Qeyd edək ki, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunub. O, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 12 milyon manata yaxın pulu leqallaşdırmaqda təqsirli bilinib.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Həbs edilən sabiq səfirin bir sıra mülkləri də müsadirə olunub.
Kateqoriya: Sosium
Tarix: 20-10-2022 12:50
Baxış sayı: 2519Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























