Reklam
AYB on nəfərdən birini deyil, "on nəfərdən özümüzünkünü seçək" "prinsipini" əsas götürdü
23-10-2022 14:25
AYB qarşıdan gələn Qurultaya nümayəndə seçilənlərin siyahısını "Ədəbiyyat qəzeti"ndə dərc etdirməklə məni əməlli-başlı təəccübləndirdi.
Məxfiliyi bəzi güc nazirliklərimizdən daha çox gözləyən, alınan mükafatların siyahısından tutmuş, ayrılan pulların xərclənməsini, bölmə sədrlərinin təyinatını gizli saxlayan qosqoca qurum, bu dəfə açıqlama verdi.
Siyahıda çox dəyərli dostlarımızın adlarına rast gəldim və kənarda qalanlar da çoxdu. Halbuki, 330 nəfərlik siyahıda onlardan bəzilərinin adları da ola bilərdi. Əgər şəffaf, ədalətli, insaflı yanaşma olsaydı. Bu da qosqoca AYB-də əsla, mümkün deyil.
Bir-iki ay bundan öncə AYB-nin qurultay qabağı təşkil olunan tədbirinə dəvət edilmişdim. Məni dəvət edən bəy adəti üzrə, bir saatdan çox geciksə də, yeri elə də görünmədi. Maraqlı tərəfi o idi ki, konkret olaraq nədən danışılacaq, nəyə görə bura yığışdığımızı nə biz, nə də səbəbkarların özləri belə bimirdilər. Nəhayət, iştirakçılara "danışın", "fikirinizi deyin", "sıxma-boğması"ndan sonra hərə bir-iki kəlmə söylədi, o cümlədən mən. Yaxşı ki, cənab vaxt mövzusu yaddan çıxan tədbirin ömrünü kəsmək üçün özünü tez çatdırdı. Axı, bu qədər süni, qurama, gözdən pərdə asmaq üçün təşkil olunan tədbirlər cəmiyyətin ən həssas, həm də dəyərli kəsiminə qarşı böyük hörmətsizlikdi. Bütün siyahılar, adlar öz "məntiqinizə" və "prinsipinizə" uyğun aylar öncə hazırlanır. "On nəfərdən 1-ni seçək" prinsipi ilə guya yerlərdə "seçki" oldu. Burda da təbii ki, "On nəfərdən özümüzünkünü seçək" "prinsipini" əsas götürdünüz.
XIII Qurultay uğursuz rəqəm altında keçirilir. Ancaq hər kəsə uğurlar diləyirəm. AYB-nin ömürlük və alternativsiz sədri Anara uzun ömür diləyirəm. Çünki, adımızın sonuna AYB üzvü yazdırmağımız Anarın adı ilə bağlıdı. Konkret, Anar(ın) Yazıçılar Birliyinin üzvüyük. Eləcə də, şəhərin ən pristijli yerində yerləşən, çoxlarının gözü olan əzəmətli və möhtəşəm binanın üzərinə vurulan lövhə də Anarın varlığının ömrü qədərdi.
Namiq Dəlidağlı, AYB üzvü
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 23-10-2022 14:25
Baxış sayı: 3198
Yazı axını
27 / 01 / 2025
26 / 01 / 2025
25 / 01 / 2025
24 / 01 / 2025
24 / 01 / 2025
23 / 01 / 2025
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
Ən çox oxunanlar