Reklam
Pənah Hüseyn ayda 4000 manat pensiya alacaq
29-10-2022 16:35

"Hələ sənədlərimi təqdim etməmişəm. Yəqin ki, gələn həftə sənədlərimi təqdim edəcəyəm”.
Dalidag.az bildirir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq dövlət katibi Pənah Hüseyn deyib.
65 yaşını qeyd edən eks-Baş nazir nə qədər pensiya alacağını dəqiq bilmədiyini söyləyib:
"Məndə olan məlumata görə, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab göndərir və təxminən bir neçə aya pensiya məsələsi nizama salınır. Mən bununla məşğul olmamışam, amma gələn həftədən öz sənədlərimi təqdim edəcəyəm”.
"Yüksəkməbləğli bir pensiya alacağınızı gözləyirsinizmi” sualına isə AXP sədri belə cavab verib:
"Keçmiş sabiq deputatların pensiyası nə qədərdirsə, yəqin ki, burada - mənimlə əlaqəli olan məsələdə də çərçivədən kənara çıxmaq imkanı olmayacaq”, - deyə o, vurğulayıb.
Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə görə, Milli Məclisin pensiyaya çıxmış deputatları hazırda fəaliyyətdıə olan keçmiş həmkarlarının maaşlarının 80%-i həcmində pensiya alırlar.
Hazırda deputatların aylıq məvacibinin 5,000 AZN olduğunu nəzərə alsaq, sabiq millət vəkili Pənah Hüseynin ayda 4,000 AZN civarında pensiya alacağı aydın olur.
Kateqoriya: Sosium
Tarix: 29-10-2022 16:35
Baxış sayı: 3245Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























