Hərbi prokuror: "Şəxsiyyəti bəlli olmayan təxminən 450 nəfərə yaxın insanın qalıqları aşkarlanıb"
29-10-2022 22:43

“Bizim 4000-ə yaxın itkin düşmüş vətəndaşımız var. Əsir və itkin, girov götürülmüşlərlə iş üzrə Dövlət Komissiyasının sənədlərində bunların hamısı dəqiq var”.
Dalidag.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Hərbi prokuror Xanlar Vəliyev deyib. Hərbi Prokuror bildirib ki, şəxsiyyəti bəlli olmayan təxminən 450 nəfərə yaxın insanın qalıqları aşkarlanıb: “O cümlədən onların da böyük bir qismi kütləvi məzarlıqlarda aşkar olunur. Şuşada 2 yerdə, Kəlbəcərdə, Zəngilanda, Xocavənd rayonunda Edillidə 2 yerdə və Xocavəndin Daşbaşı kəndində, Xocalı rayonunun Fərrux kəndində belə məzarlıqlar aşkar olunub. Bəzisində çox, bəzisində az. Ümumilikdə 450-ə yaxın meyit qalığı müəyyən olunub. Amma hissə-hissə də azad olunmuş ərazilərdə bərpa, tikinti, quruculuq işləri gedişində bu məzarlıqların bir qismi ortaya çıxır. Edillidəki məzarlıqları o vaxt əsirlikdə olan vətəndaşımız göstərmişdi. Mülki şəxslərdən əlavə hətta müharibədə iştirak edən əsir hərbçiləri belə öldürmək olmaz. Çünki ABŞ-ın Hərb əsirlərlə rəftara dair təsdiq etdiyi pakt var. 49-cu il Cenevre Konvensiyası pozulub. Bütün bunlar hamısı cinayətdir və hər bir faktla bağlı cinayət işi başlanıb”.
Kateqoriya: Qarabağ
Tarix: 29-10-2022 22:43
Baxış sayı: 3201Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















