Reklam
Kəlbəcərli şəhid Ömər Şirinovla vida mərasimi keçirildi - ŞƏKİLLƏR
14-09-2022 19:13
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Kəlbəcər rayonunun Qasımlar kənd sakini, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış 20.09.1999-cu il təvəllüdlü, leytenant Şirinov Ömər Muğan oğlu bu gün Goranboy rayonu Zeyvə kənd qəbirstanlığında dəfn edildi.Təşkil olunan vida mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, o cümlədən Goranboy və Xocalı rayon İcra Hakimiyyətlərinin başçıları, RİH-nin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidimizin ailə üzvləri və yaxınları iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxundu, ailə üzvlərinə Allahdan səbr dilədilər.
Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verdi. Qeyd etdi ki, Müzəffər Ali Baş Komandan,Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız azad olundu. Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn igid oğullarımız daim xalqımızın qəlbində yaşayacaq.Allah bütün şəhidlərimizə rəhmət etsin.
Vətən sağ olsun!
Dalidag.az










Kateqoriya: Kəlbəcər
Tarix: 14-09-2022 19:13
Baxış sayı: 3531Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















