Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Otuz illik həsrət bütün xalqımızın əsəblərini tarıma çəkdiyindən İkinci Qarabağ Müharibəsnin başlanmasını hamı kimi mən də çoxdan gözləyirdim. Qəribə idi, müharibənin başlanmasına sevinirdim. İşğalçıların sülh yolu ilə torpaqlarımızı tərk etməyəcəyini artıq uzun illər bundan qabaq yəqinləşdirmişdim. Tam əminliklə bilirdim ki, 2016-cı ilin aprelində Lələtəpə yüksəkliyini azad edən şanlı Azərbaycan Ordusu tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək. Sentyabrın 27-də səhər saat 5-30-da

İşğal altında olan torpaqların düşmən tapdağından azad edilməsinə hazırlıq işlərinə Dövlət Sərhəd Xidmətində 2005-ci ildən başlanılıb. Dalidag.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında gerçəkləşdirilən mühüm ideya və yanaşmalar Azərbaycan sərhədçilərinin düşmən üzərində böyük zəfərin əldə olunmasında yüksəksəviyyəli iştirakına zəmin

Bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. Dalidag.az xəbər verir ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə

26 sentyabr 2022-ci il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Abşeron rayonunda həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə,

Kəlbəcər rayonunda ermənilərin basdırdığı daha 379 mina aşkarlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində rayonun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri

Rusiyanın İjevsk şəhərindəki orta məktəbində atışma zamanı uşaqlar həlak olub. Gazeta.ru-nun məlumatına görə, İjevsk şəhərindəki 88 saylı məktəbdə baş verən atışmada 13 nəfərin öldüyü bildirilir. Qurbanlar arasında yeddi şagird də var. Daha 14 yaralının olduğu qeyd edilir. Polis atəş açan şəxsin meyitini tapıb. Onun intihar etdiyi bildirilir. Həkimlər və təhlükəsizlik xidmətləri hadisə yerindədir. Sözügedən məktəb 1994-cü ildə istifadəyə verilib, 982 şagirdin təhsili ilə 80 müəllim məşğul olur.

Cəsarət Qasımov, Ədliyyə Nazirliyi Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmiz qədim tariximizin ən şanlı səhifələrindəndir. 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq şəkildə ərazi iddiaları ilə çıxış etdi və ölkəmizə qarşı hərbi təcavüzə başladı. Torpaqlarımızın 20%-ni işğal etməklə, etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşdü. Ermənistan

Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi və Qaraçinar kəndində müvəqqəti məskunlaşmış, əslən Kəlbəcər rayonunun Qasımlı və Yellicə kənd sakinləri olan şəhid ailələrini ziyarət edib. Şəhid ailələri ilə görüşdə Aqil Məmmədovla birgə rayon ziyalıları, rayonun məsul əməkdaşları,ağsaqqalları iştirak edib. Dalidag.az xəbər verir ki, Millət vəkili ilk öncə sentyabrın 12-13-ü Ermənisatan silahlı qüvvələri tərəfindən sərhəddə törətdikləri

Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib. Dalidag.az xəbər verir ki, bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. Qeyd edək ki, R.Məcid bu postda Şuraya 19 il rəhbərlik etmiş Əflatun Amaşovu əvəz edib. Qurultayda həmçinin MŞ-nin 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi də seçilib. Bunlardan 14-ü jurnalist, 9-u isə ictimaiyyət nümayəndələridir.
Yazı axını
 
29 / 04 / 2024