Reklam
Deputat Kəlbəcərin Qasımlı və Yellicə kəndlərindən olan şəhid ailələrini ziyarət edib
25-09-2022 10:28

Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi və Qaraçinar kəndində müvəqqəti məskunlaşmış, əslən Kəlbəcər rayonunun Qasımlı və Yellicə kənd sakinləri olan şəhid ailələrini ziyarət edib.
Şəhid ailələri ilə görüşdə Aqil Məmmədovla birgə rayon ziyalıları, rayonun məsul əməkdaşları,ağsaqqalları iştirak edib.
Dalidag.az xəbər verir ki, Millət vəkili ilk öncə sentyabrın 12-13-ü Ermənisatan silahlı qüvvələri tərəfindən sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuş Kəlbəcər rayon Qasımlı kənd sakini, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, leytenant Şirinov Ömər Muğan oğlunun və ikinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Orucov Nemət Əkbər oğlunun ailə üzvləri ilə birgə məzarlarını ziyarət edib.
Məzarlar üzərinə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxuyublar.
Sonra şəhid Ömər Şirinovun hüzr mərasimində iştirak edən millət vəkili, Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz şəhidlərinin xatirəsini daim yaşadacağına, onların adlarının yaddaşlardan silinməyəcəyinə əminliyini ifadə edib.
Növbəti görüş rayonun Qaraçinar kəndində yaşayan şəhid Nemət Orucovun ailə üzvləri ilə olub. Millət vəkili hər iki şəhidin ailəsində olarkən dövlət strukturları tərəfindən onlara göstərilən diqqət və qayğı ilə maraqlanıb. Şəhid ailələrinə, qazilərə dövlət qayğısından danışan Aqil Məmmədov onlar tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.






Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 25-09-2022 10:28
Baxış sayı: 4411Yazı axını
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
Ən çox oxunanlar


























