Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumat yayıb. Dövlət Komissiyasından verilən xəbərə görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya

Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyi təxribat nəticəsində Azərbaycan Ordusunun 50 şəhid verdiyini açıqlayıb və rəsmi siyahını dərc edib. Dalidag.az şəhidlərin şəkillərini təqdim edir: 1. DSX-nin hərbçisi, MAXE Babazadə Elşən Sahib oğlu (Qəbələ rayonu Mıxlıqovaq kəndi) 2. DSX-nin hərbçisi, kapitan 1994-cü il təvəllüdlü Mehbalıyev Fərid Kəmaləddin oğlu

Gəncədə şəhid hərbçini qarşılayan ata ürəktutmasından dünyasını dəyişib. Hadisə Gəncə şəhərində qeydə alınıb. Gəncə şəhərində şəhid Vadim Qocayevin nəşini qarşılayan atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Onların hər ikisinin nəşi Bakıya göndəriləcək.

Xəbər verdiyimiz kimi, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ordumuz təxribatın qarşısını almaq məqsədi ilə düşmənə zərbələr endirib. Azərbaycan Müdafiə Nazirliyindən şəxsi heyət arasında itkilərin olduğu və hərbi infrastruktura ziyan dəydiyi bildirilib. Dalidag.az xəbər verir ki, gecədən başlanan döyüş bu gün də davam edib. Həlak olan

Əvəz Zeynallının apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda onun ev dustaqlığına buraxılması ilə bağlı şikayəti təmin olunmayıb. Ə.Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 4 aylıq həbs qətimkan qərarı qüvvədə saxlanılıb. Dalidag.az

Milli Məclisin deputatı Səttar Mehbalıyevin yaxın qohumu şəhid olub. Ermənilərin Kəlbəcər, Laçın istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalı şəhid olub. Şəhidimiz Milli Məclisinin deputatı Səttar Möhbalıyevin əmisi nəvəsidir. Dalidag.az

Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır.

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri

Bu gün tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ağdam rayonu, Dördyol-1 qəsəbəsi, Kəlbəcər rayon 128 nömrəli tam orta məktəbin binasında həmin ərazidə yaşayan vətədaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir . Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun
Yazı axını
 
29 / 04 / 2024