Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Elçin Quliyevin səhhətində problemlər yaranıb. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı “Müdafiə xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov verib. O özünün Feysbuk səhifəsində yazıb: “Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev özünü dəliliyə qoyub, ya da artıq dəlidir-anlaqsızdır. Ciddiyyətinə şübhə

Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə

Rusiya Müdafiə Nazirliyinin 31 avqust tarixində etdiyi paylaşımda Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin nəzarət postlarının sayını artırdığı diqqətdən yayınmayıb. Belə ki, Laçın şəhəri və Sus kəndinin Azərbaycanın nəzarətinə verilməsindən sonra, yəni avqustun 26-da sözügedən məntəqələrdə yerləşən postlar sökülüb. Nəticədə Rusiya sülhməramlılarının Qarbağdakı nəzarət postlarının sayı 27-dən 25-ə düşüb. Lakin bir neçə gün sonra dərc olunan bülletendə postların sayının 30-a

“Qanlı kaha” filminin Başlıbel kəndi ərazisində çəkilişləri başa çatıb . Dalidag.az xəbər verir ki, Azərbaycan Dövlət Televiziyasının “Telefilm” Yaradıcılıq Studiyası tərəfindən hazırlanan sənədli-bədii film 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində mühasirədə qalmış sakinlərin başına gələnlərdən, erməni silahlı birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi kütləvi qətliamdan bəhs edir. Yaradıcı heyət hadisə şahidlərinin iştirakı ilə 10 gün ərzində Başlıbel kəndindəki

Mübariz Cabbarov və Yaqub Cabbarov Kəlbəcər ictimaiyyətinə ağır itki üz verib. Bu dəfə ölüm adlı qarşısıalınmaz qüvvə şeiri, sənəti, insanlığı ilə kəlbəcərlilərin könlündə sevgi taxtı quran Yaqub Cabbarov ocağına əl uzatdı. Dalidag.az xəbər verir ki, şairin oğlu Mübariz Cabbarov dünən səhər saatlarında qəflətən vəfat edib. Yaxınlarının saytımıza verdiyi məlumata görə, 52 yaşlı M.Cabbarov ürəktutmasından dünyasını dəyişib. Mərhum dünən dəfn olunub. Bir qız övladı yadigar qalıb. Qeyd edək ki,

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub. Dalidag.az xəbər verir ki, bubarədə Müdafiə Nazirliyindən bildirilib. Bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib. Digər 3 hadisə isə Rusiya sülhməramlılarının

Bu gün əsl ziyalı kimi ümumi mənafeyi şəxsi mənafeyindən üstün tutan, həmişə, hər yerdə yetərincə insanlıq nümayiş etdirən, vətənpərvər, yurduna, el-obasına bağlı olan dəyərli həmyerlimiz Vidadi Murtuzayevin doğum günüdür. Kəlbəcərlilərə xas mehribançılığı, qaynarlığı, dostcanlığı müsbət keyfiyyət kimi özündə formalaşdıran, sevgisi, əməli ilə vətən oğlu olduğunu hər addımında sübuta yetirən, vətəndaşlıq missiyasını alnıaçıq, üzüağ davam edən V.Murtuzayev bu gün ömür kitabının 50-ci səhifəsini

Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri

Bu gün əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Mingəçevir şəhəri, Mingəçevir şəhər Bələdiyyəsinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və digər
Yazı axını
 
29 / 04 / 2024