Reklam
Başlıbel faciəsinə həsr edilən filmin çəkilişləri başa çatıb - ŞƏKİLLƏR
03-09-2022 20:26

Dalidag.az xəbər verir ki, Azərbaycan Dövlət Televiziyasının “Telefilm” Yaradıcılıq Studiyası tərəfindən hazırlanan sənədli-bədii film 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində mühasirədə qalmış sakinlərin başına gələnlərdən, erməni silahlı birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi kütləvi qətliamdan bəhs edir. Yaradıcı heyət hadisə şahidlərinin iştirakı ilə 10 gün ərzində Başlıbel kəndindəki sığınacaqların demək olar ki, hamısında çəkilişlər aparıb.
Filmin ssenari müəllifi araşdırmaçı-jurnalist, “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov, rejissoru isə Pərviz Həsənovdur. Yeni ekran əsərinin bu ilin noyabrında təqdimat mərasiminin keçiriləcəyi və AzTV-nin efirində yayımlanacağı planlaşdırılır.
Xatırladaq ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edib və tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. İşğalın ilk günlərində kəndə soxulan erməni quldurları müxtəlif ərazilərdə 7 nəfəri amansızcasına qətlə yetirib. Aprelin 18-də isə Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış bölmələri mülki şəxslərin sığındığı kahaların yerini aşkarlayaraq mağaraları atəşə tutub. Bu zaman silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər kahalarda qətlə yetirilib. Hücum nəticəsində 10-u qadın və uşaq, 4-ü kişi olmaqla 14 nəfər girov götürülüb. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə mayın 12-də qətliamın törədildiyi kahalara yaxınlaşaraq burada qəbirlər qazmaqla şəhidləri paltarlı vəziyyətdə dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. Onlar iyulun 22-də gizli yollarla Kəlbəcərdən Daşkəsən rayonuna keçməklə 113 gün davam edən mühasirədən qurtula biliblər...



.jpg)








.jpg)




Kateqoriya: Kəlbəcər
Tarix: 03-09-2022 20:26
Baxış sayı: 3435Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















