Reklam

O, hər kəsin rəğbətini qazanmağı bacarır - Vidadi Murtuzayevin 50 illik yubileyi...
03-09-2022 09:21

V.Murtuzayevi 50 illik yubileyi münasibətilə təbrik edir, həyatında və işlərində uğurlar diləyir, uzun ömür, can sağlığı arzulayırıq.
Qeyd edək ki, Vidadi Tofiq oğlu Murtuzayev 1972-ci il sentyabrın 3-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1979-89- cu illərdə orta təhsil alıb. 1990-cı ildə hərbi xidmətə gedib. Xidmətə Petropovlovsk Kamçatkada yerləşən hərbi hissədə başlayıb. Qarabağda müharibə başlayanda onunla bərabər 120 nəfər azərbaycanlı əsgər Azərbaycana göndərilmələri üçün təşəbbüs göstəriblər. Ancaq cəmi iki nəfər ölkəmizə göndərilir ki, onlardan biri də Vidadi müəllim olub. Vətənə gəldikdən sonra V.Murtuzayev ordakı azərbaycanlı əsgərlərin öz ordu sıralarımızda döyüşmək istədiyini aidiyyəti qurumlara çatdırsa da, təşəbbüsü laqeyd qarşılanır, istəklərinin doğru olmadığı bildirilir. Azərbaycanda məlum proseslər getdiyi vaxt o daha geri dönmür, könüllü olaraq Kəlbəcər rayon hərbi komissarlığında qeydiyyatdan keçir. 1993-cü ildə rayonun işğalından sonra yaranan könüllülər batalyonuna qoşulur, Kəlbəcər uğrunda gedən döyüşlərdə, Murovda, bir neçə kəndin azad olunmsında iştirak edir və yaralanır. Hələ də bədənində qəlpə gəzdirir. 1994-cü ildə atəşkəs elan olunduqdan sonra Rusiyaya gedib, bir müddət Moskvada yaşayıb. 1999-2005 -ci illərdə Moskva Beynəlxalq İqtisadi Hüquq İnstitutunun hüquq fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra-2005-ci ildə Azərbaycana qayıdıb. Elə həmin ildən Yevlax şəhər İcra Hakimiyyəti aparatında hüquqşunas vəzifəsində çalışıb.
2022-ci ilin may ayından aparatın hüquq şöbəsinin müdiri təyin edilib və hal-hazlrda həmin vəzifəni icra edir.
Ailəlidir, 1 övladı var.
Xatırladaq ki, V. Murtuzayev 44 günlük Vətən savaşında Yevlax şəhərindəki xəstəxanaların birində yaradılmış müvafiq qərərgahda icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Şəhid ailələrinə göstərdiyi əsl vətəndaş münasibəti onun bir vəzifə sahibi kimi bu müqəddəs işdə məsuliyyətini tam dərk etməsinin təzahürüdür.
Vidadi Murtuzayev bütün bu səmərəli fəaliyyətinə görə ölkə başçısının sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.
Hötmətlə; "Çovdar və Şahkərəm" Cəmiyyətinin üzvləri
Dalidag.az olaraq, Vidadi Murtuzayevi 50 illik yubileyi münasibətilə təbrik edirik. Dəyərli həmyerlimizə sağlam, sevinci bol, uzun ömür arzulayır, yeni-yeni nailiyyətlər və uğurlar diləyirik.



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
