General Elçin Quliyev dəli olub? – Gülə-gülə ağlayır...

04-09-2022 18:17

Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Elçin Quliyevin səhhətində problemlər yaranıb.
Dalidag.az xəbər verir ki, bu barədə məlumatı “Müdafiə xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov verib.
O özünün Feysbuk səhifəsində yazıb:
“Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev özünü dəliliyə qoyub, ya da artıq dəlidir-anlaqsızdır.
Ciddiyyətinə şübhə etmədiyim məhkumlar məlumat verirlər ki, 2015-ci ilin dekabr ayından həbsdə olan Quliyev "zon"un müşahidə kameralarının altında uzun müddət gah gülür, gah da ağlayır.
Ötən həftə əməkdaşlardan biri məhkumların yanında "Nə baş verib, Quliyev? Bayaqdan diqqət edirik, başınızı tutub ağlayırsınız. Sonra qəfil gülməyə başladınız. Gülə-gülə kimə qışqırırdınız" sualını ünvanlayanda "Saxta qərarlar verən hakimlərə qışqırırdım, həm də gülürdüm ki, vaxt gələcək, cənab prezident hər birinizi tək-tək cəzalandıracaq!" cavabını verib.
Keçmiş dustaq yoldaşlarım bildirirlər ki, Elçin Quliyev bənzər davranışlar tez-tez sərgiləyir.
Mən ədalətli olmağa çalışacam: Ola bilsin ki, hansısa psixi xəstəlikdən əziyyət çəkməyə başlayıb. Ya da düşünür ki, özünü dəliliyə qoyub, anlaqsız kimi aparmaqla azadlığını tezləşdirə bilər”.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunublar.
2017-ci ildə məhkəmənin hökmü ilə E.Quliyev 10 il 6 ay və A.Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib./axar.az

Dalidag.az 


Kateqoriya: Sosium
Tarix: 04-09-2022 18:17
Baxış sayı: 3196
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını