Reklam
Qarabağda sülhməramlı postlarının sayı niyə artıb?
04-09-2022 11:30

Belə ki, Laçın şəhəri və Sus kəndinin Azərbaycanın nəzarətinə verilməsindən sonra, yəni avqustun 26-da sözügedən məntəqələrdə yerləşən postlar sökülüb.
Nəticədə Rusiya sülhməramlılarının Qarbağdakı nəzarət postlarının sayı 27-dən 25-ə düşüb. Lakin bir neçə gün sonra dərc olunan bülletendə postların sayının 30-a çatdığı diqqətdən yayınmayıb.
Bəs, Rusiya sülhməramlılarının postlarının sayını artırmasına səbəb nədir?
Dalidag.az bizim.media-ya istinadən bildirir ki, sualı cavablandıran hərbi ekspert Ədalət Verdiyev hazırda Rusiya sülhməramlılarının həm keçmiş Laçın yolunda, həm də yeni alternativ yolda funksiyalarını yerinə yetirdiklərini açıqlayıb:
"Bu da onlardan postların sayının artırılmasını tələb edir. Hesab edirəm ki, bu, böyük ehtimalla, həm Azərbaycan, həm də Rusiya komandanlığı arasında razılaşdırılmış prosesdir".
Ədalət Verdiyev əlavə edib ki, sülhməramlı postlarının sayının artırılması heç də Qarabağda erməni təxribatlarının qarşısının alınmasına kömək etməyib:
"Biz sentyabrın 2-də Armen Qriqoryanın, böyük ehtimalla, yeni yolla Xankəndinə səfər etməsinə şahidlik etdik. Ona görə də, hesab edirəm ki, bu məsələlərdə Azərbaycan mümkün təxribatların və qeyri-qanuni səfərlərin qarşısının alınması üçün rusların nəzarətindən əvvəl öz ordumuzun vasitəsilə nəzarəti təmin etməlidir. Rusların işi isə yalnız atəşkəsə nəzarət etməkdən ibarət olmalıdır"
Kateqoriya: Qarabağ
Tarix: 04-09-2022 11:30
Baxış sayı: 3212Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























