Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin

Laçında top mərmisi aşkarlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində partlamamış top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Dalidag.az

Laçın rayonu Ermənistanın işğalı altında olduğu müddətdə Qarıqışlaq kəndi yaxınlığındakı "Ağzıbir" adlanan qədim insan yaşayış məskənində ağlasığmaz vandallıq aktı törədilib. Dalidag.az xəbər verir ki, bu barədə 6-8 sentyabr 2022-ci il tarixində Laçında ezamiyyətdə olan AzNyus.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı məlumat verib. Baş redaktor aşkar etdiyi vandallıq faktı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Anar Ələkbərov və Hikmət Hacıyevə,

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

“Düşmən dilini bilmək lazımdır kimi ağılsız fikir çox ciddi araşdırma tələb edir”. Dalidag.az xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan özünün Telegram kanalında yazıb. O, erməni məktəblərində Azərbaycan və türk dillərinin tədrisini və öyrənilməsini özünəməxsus şərh edib. “Düşmən dilini öyrənməyin məqsədəuyğunluğu ilə bağlı aramızda formalaşan “düşmən dilini bilmək lazımdır” kimi ağılsız fikir çox ciddi araşdırma tələb edir. Bəli, düşmənin dilini bilmək o düşmənə qarşı peşəkarcasına

Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilir ki, uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir. I texniki dərəcəli olacaq yolda layihə üzrə 380 metr uzunluğunda istinad divarının inşası

Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” ASC tərəfindən tədbirlər davam etdirilir. Dalidag.az xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb. Bildirilir ki, ilkin olaraq şəhərin mövcud su mənbəyi, su anbarları, magistral və şəbəkə su xətlərinin istismar vəziyyəti təftiş edilib. "Məlum olub ki, şəhərin əsas içməli su mənbəyi olan subartezian quyuları tamamilə istismara yararsız vəziyyətə

Şuşada yaşayış kompleksi tikilir. Dalidag.az xəbər verir ki, kompleks 8 hektar sahəni əhatə edir. Binaların tikintisi Şuşanın memarlığına uyğun aparılır. Qeyd edək ki, artıq 8 binanın tikintisinə başlanılıb. Sözügedən binaların 3D görüntülərini təqdim edirik: Dalidag.az

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub . Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Azərbaycan Ordusunun

Dəmir konstruksiyanın tavanına bərkidilmiş nazik şəffaf tellərdən qeyri-mütənasib şəkildə asılmış çoxsaylı fotoreproduksiyalar son iki ildə xalqımızın gücünü və birliyini təcəssüm etdirən bir kompozisiyadır. 3D formatında hazırlanmış kompozisiyanın bütövlüyünü yalnız bir baxış nöqtəsindən - Zəfər nöqtəsindən görmək mümkündür. Bu, dövlətimizin başçısı ilə ordu və xalqın birliyini göstərən - Dəmir Yumruqdur. Onu düşmən görəndə gücümüzü, dost görəndə birliyimizi xatırlayır. Qaçqınların və Məcburi
Yazı axını
 
 
 
29 / 04 / 2024