Reklam
Düşmən dilini tədris etmək və ictimailəşdirmək təhlükəlidir - Voskanyan
11-09-2022 10:07

“Düşmən dilini bilmək lazımdır kimi ağılsız fikir çox ciddi araşdırma tələb edir”.Dalidag.az xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan özünün Telegram kanalında yazıb. O, erməni məktəblərində Azərbaycan və türk dillərinin tədrisini və öyrənilməsini özünəməxsus şərh edib.
“Düşmən dilini öyrənməyin məqsədəuyğunluğu ilə bağlı aramızda formalaşan “düşmən dilini bilmək lazımdır” kimi ağılsız fikir çox ciddi araşdırma tələb edir. Bəli, düşmənin dilini bilmək o düşmənə qarşı peşəkarcasına çalışan strukturlar, qruplar və ya ayrı-ayrı şəxslər: tədqiqat, ordu və təhlükəsizlik orqanları və s. üçün zəruridir. Lakin geniş təlim vasitəsilə düşmənin dilini ictimailəşdirmək çətinliklər və təhlükələrlə doludur.
Bütün ciddi dövlətlər öz dövlət dilinin başqa ölkələrdə populyarlaşdırılmasını ən azı mədəni, çox vaxt da təbliğat və hətta siyasi təsirlərinin yayılması, başqa sözlə, öz gücünü göstərmək üçün mühüm alət hesab edirlər. Müvafiq olaraq, çox sadə dillə desək, düşmənin dilini bilmək həmin düşmənə qarşı sistemli şəkildə işləyənlər üçün vacibdir. Amma düşmən təbliğatına və ya digər təsirlərə məruz qalan geniş hədəf qrupları üçün qəti şəkildə əks göstərişdir”, – deyə Voskanyan yazıb.
Qeyd edək ki, Ermənistanın əksər məktəblərində bu tədris ilindən türk və Azərbaycan dili tədris olunmağa başlayıb. Ermənistanın təhsil naziri bu dilləri öyrənmək istəyənlərin sayının çox olması barədə açıqlama da verib.
Kateqoriya: Sosium
Tarix: 11-09-2022 10:07
Baxış sayı: 4291Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























