Reklam
27 sentyabrdan başlayan Zəfər yolumuz
26-09-2022 09:54
Cəsarət Qasımov,
Ədliyyə Nazirliyi Beyləqan rayonu
1 saylı notariat ofisinin xüsusi notariusu
44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmiz qədim tariximizin ən şanlı səhifələrindəndir. 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq şəkildə ərazi iddiaları ilə çıxış etdi və ölkəmizə qarşı hərbi təcavüzə başladı. Torpaqlarımızın 20%-ni işğal etməklə, etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşdü.
Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozmuş, abad şəhərlərimizi xarabaya çevirmişdir. Azərbaycan ərazilərinin etnik separatizm zəminində işğalı faktının ilk hüquqi təsdiqi kimi dünyada sülh və təhlükəsizliyin təminatçısı qismində çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin əhəmiyyətini xüsusi vurğulamaq lazım gəlir. Eləcə də 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" məsələsinin müzakirəsi də rəsmi Bakının mühüm diplomatik nailiyyəti sayıla bilər.
Ermənilər 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladı və danışıqlar yolu ilə geri qaytarmaq istəmədi. Bu illər ərzində Azərbaycan ancaq tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını, daha doğrusu, ədalətin bərpa olunmasını tələb edirdi. İllər boyu aparılan danışıqlar isə heç bir nəticə vermədi. Düşmən durmadan bölgələrimizi atəşə tutur, dinc əhaliyə xəsarət yetirirdi. Aparılan danışıqlar münaqişənin dondurulmasına xidmət edirdi.
Qeyd edək ki, 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirirdi. Nəhayət, düşmənin 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Yeni ərazilərimizi işğal etmək iddiasına düşən düşmən 2020-ci il sentyabrın 27-də beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdu. Törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Müasir silahlarla təhciz olunan Azərbaycan ordusu tez bir zamanda üstünlüyü ələ aldı.
Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında ordumuzun güclü olduğunu dəfələrlə vurğulayıb və bildirmişdir ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Elə də oldu. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin fədəkarlığı sayəsində 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız azad olundu. Bu qələbə sözsüz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi idi.
Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində dediyi kimi “Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər. Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Gərək bizim torpaqlarımızdan sülh yolu ilə çıxardılar, biz onlara şans vermişdik. Gərək öz xoşu ilə çıxardılar bizim torpaqlarımızdan, amma biz bunun tamamilə əksini görürdük.”
Cənab Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi ilə bərabər, saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
30 ilə yaxın bir müddətdə hər il düşmən əlində olan şəhər və rayonlarımızın işğal günlərini kədərlə yad edirdik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadəti Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi. 27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır. Beləliklə, hər şey o gün, tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizi şərtləndirdi.
“Bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!” Bu fikirlər cənab Prezident İlham Əliyevin xalqa etdiyi müraciətdəndir. Düşmən bunu unutmamalıdır.
Artıq işğaldan azad edilən yurd yerlərimizə "Böyük Qayıdış" başlayıb. Vətən müharibəsindən, 44 günlük “Dəmir yumruq” əməliyyatından, torpaqlarımız Ermənistan silahlı qüvvələrinin işğalından azad edildikdən dərhal sonra Böyük Qayıdış cəmiyyətimiz üçün ən aktual məsələlərdən birinə çevrilib. Qeyd edək ki, gələn il işğaldan azad olunan torpaqlarımızın bərpası və eləcə də məskunlaşma üçün daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Bu məcburi köçkünlərin ata-baba yurdlarına gözləniləndən daha tez qayıtmasına imkan verəcək. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, gələn il Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub.
Bu parlaq Qələbədən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə işğaldan azad edilmiş ərazilər əsaslı şəkildə bərpa olunur, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişini sürətləndirən genişmiqyaslı nəqliyyat, istehsal, ticarət, turizm infrastrukturlarının yaradılması üzrə çoxşaxəli layihələr, nəhəng bərpa-quruculuq işləri həyata keçirilir. bu işlərin davamı olaraq, ədliyyə işçiləri Ağalı kəndində olaraq innovativ texnoloji dəstək əsasında sakinlərə səyyar xidmətlər göstərmişlər.
Bir çox dövlət orqanlarının informasiya resursları ilə inteqrasiya olunmuş Ədliyyə Nazirliyinin informasiya sistemləri vətəndaşlardan əlavə sənəd tələb etmədən xidmətlərin yerində dərhal göstərilməsini mümkün edir.
Vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunan xidmətlər əhalinin ehtiyaclarından irəli gələrək onların gündəlik həyatlarında zəruri olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat əməliyyatlarını əhatə edir.
Həyata keçirilən tədbirlər çərçivəsində həmçinin hüquqi maarifləndirilmə işi aparılmaqla müasir xidmət üsulları barədə vətəndaşlara məlumatlar verilib, onları maraqlandıran məsələlər üzrə zəruri hüquqi yardım göstərilib, xidmət prosedurları və bu sahədə tətbiq elektron resurslar və innovativ həllər haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılıb.
Qəhrəmanlarımızın qanı-canı bahasına işğaldan azad edilmiş torpaqlarımıza qayıtmaq, bu müqəddəs torpaqları dirçəltmək, canlandırmaq, o yerlərdə yeni evlər tikərək, təsərrüfat yaradaraq daimi məskunlaşmaq məcburi köçkün həmvətənlərimizin mənəvi borcu, vətənə və ümumxalq dəyərlərinə sadiqliyinin təcəssümü kimi dəyərləndirilməlidir. Biz tezliklə o yerlərə dönəcəyik! Oralarda firəvan həyatımızı davam etdirəcəyik.
Vətən müharibəsinə canından keçən şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq.
Dalidag.az

Kateqoriya: Karusel / Qarabağ
Tarix: 26-09-2022 09:54
Baxış sayı: 3335
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23