Aqil Məmmədov şəhidin anım mərasimində iştirak edib
29-09-2022 12:21
İkinci Qarabağ müharibəsinin ikinci ili ilə bağlı bir-çox yerlərdə anım günü keçirilib.
Bunlardan biri də, Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədovun qatıldığı ilk şəhidimiz olan Atayev Nicat Habil oğlunun anım mərasimidir.
Dalidag.az xəbər verir ki, ilk öncə Fəxri xiyaban ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Bunun ardından şəhidin ailəsinin yaşadığı Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində toplaşaraq şəhidimiz yad ediblər.
Mərasimdə şəhidin ailə üzvüləri ilə yanaşı, Kəlbəcər rayonun İcra Hakimiyyətinin birinci müavini Eldəniz Mehdiyev və aparatın digər əməkdaşları, Fizuli rayonunun 1 nömrəli məktəbin müəllim və şagird kollektivi də iştirak edib.
Millət vəkili A.Məmmədov 27 sentyabrın Azərbaycan üçün necə əhəmiyyətli olduğundan və bu şanlı tariximizin başlanğıcı olduğunu söyləyib. Dövlətimizin hər daim şəhid ailələri və qazilərin yanında olduğunu, onlara hər zaman dəstək olduqlarını bildirib. Şəhidimiz ailəsinə baş sağlığı diliyərək, şəhidimizin həyatından bəhs eləyib. Nicatın qəhramancasına şəhidlik zirvəsinə ucaldığını söyləyib.
A.Məmmədov alınan torpağlara ən qısa zamanda qayıdışın başlaması üçün bütün proseslər dayanmadan davam etdiyini bildirib.

Kateqoriya: Sosium
Tarix: 29-09-2022 12:21
Baxış sayı: 3235Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















