Reklam

Suraxanıda şəhidin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub
30-09-2022 21:20

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Fuad Füzuli oğlu Məhərrəmlinin xatirəsinə Suraxanı rayonu Yeni Ramana qəsəbəsində inşa edilən abidə-bulaq kompleksinin açılış mərasimi olub.
Dalidag.az xəbər verir ki, açılış mərasimində Kəlbəcər RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, Suraxanı RİH-in məsul əməkdaşları, tədbirin təşkil olunmasında əməyi keçən, məzunu olduğu Fərrux İsrafil oğlu Mehtiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbin müəllim və şagird kollektivi, bulağın tikilib ərsəyə gəlməsinə dəstək göstərən APPRO MMC Hospital rəhbərliyi, Kəlbəcər rayon 108 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri,yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış mərasimindən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə, bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Fuad Füzuli oğlu Məhərrəmli 10 may 2001-ci ildə Tərtər şəhərində anadan olub. 2007-ci ildə Bakı şəhər Suraxanı rayon Yeni Ramana qəsəbəsində yerləşən Fərrux İsrafil oğlu Mehtiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 28 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 29 sentyabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə F.Məhərrəmli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Natiq İmayıloğlu
Dalidag.az































Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
