Reklam
Petrosyan ÇƏRƏNLƏDİ: "Vaxt var və Zabuxda 300-500 nəfər olsa, prosesi geri qaytara bilərik" - VİDEO
18-08-2022 11:30

“Dünən və bu gün çox adam Zabuxdan çıxıb, lakin indi kəndə daxil olan vətəndaşların sayı oranı tərk edənlərin sayından çoxdur”.
Dalidag.az xəbər verir ki, bu barədə “Demokratik Birlik partiyasının rəhbəri” Suren Petrosyan Facebook-da canlı yayımda bildirib. O əlavə edib ki, Zabuxda vətəndaşların sayı prosesin məntiqini və mahiyyətini dəyişməyə kifayət etmir.
“Son günlər belə görünür ki, Laçın, Sus və Zabux icmalarının taleyinin nəhayət həll olunduğu barədə fikir formalaşıb. Bir daha tam məsuliyyətimlə bəyan edirəm ki, hazırda bu icmaların taleyi həll olunmayıb. Amma ağrı ilə qeyd etməliyəm ki, son günlər rastlaşdıqlarıma əsasən, Zabuxun sistemli şəkildə təhvil verildiyi qənaətinə gəlirəm. Söhbət Zabuxun adi sakinlərindən getmir, mən daha yüksək siyasi səviyyəliləri nəzərdə tuturam”, – deyə o bildirib.
Petrosyan bunun şəxsiyyət uğrunda mübarizə olduğunu deyib.
“Laçın dəhlizinin təhvil verilməsinə qarşı çıxan siyasi qüvvələr müraciətlər və qınaqlarla kifayətlənib, heç bir tədbir görülməyib. Sizcə, siyasət yalnız müraciətlərlə məhdudlaşır? Nə vaxt görmüsünüz ki, çağırışlarla dövləti, dövlətçiliyi, torpağı saxlamaq olar?
Vaxt var və Zabuxda 300-500 nəfər olarsa, prosesi geri qaytarmaq mümkün olacaq”, – deyə Petrosyan çərənləyib./konkret.az

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 18-08-2022 11:30
Baxış sayı: 4322Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar