Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin doğum günüdür

28-08-2022 19:39

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin  polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin doğum günüdür.

Dalidag.az xatırladır ki, Anar Vaqif oğlu Əliyev 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Anar Əliyev 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Anar Əliyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Hərbi qulluq vəzifəsini, döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq və igidliyə görə ölkə rəhbərinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Prezidentin 15.12.2020-ci il tarixli Sərəncamı ilə A.Əliyev  "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli digər Sərəncamı ilə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Ruhu şad olsun!

Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 28-08-2022 19:39
Baxış sayı: 3470
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını