Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus “HAVAL H9” markalı maşın erməni sürücünün idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub. Dalidag.az xəbər verir ki, hadisə Xankəndi-Əsgəran yolunda baş verib. Nəticədə 4 nəfər ölüb. Ölənlərin hamısı qadındır. Ağır xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib. Dalidag.az

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edib. Dalidag.az xəbər verir ki, President.az saytının məktublar bölümündə yerləşdirilən məktubda C.Qurbanov Prezidentə Buzdux zirvəsinin ordumuzun tərəfindən nəzarətə götürülməsinə görə minnətdarlığını çatdırıb. Məktubda deyilir: ...Azərbaycan Respublikasının hər bir vətəndaşı, bütün dünya azərbaycanlıları Sizin nəyi və nə zaman etməli olduğunuza inanır və güvənir. Bunun

Laçın şəhəri, Ağavno və Sus kəndlərinin sakinlərinin əmlakının təxliyəsi bir neçə gündür dövlət səviyyəsində təşkil olunub. Dövlət departamentinin avtomobilləri bütün günü yük daşıyır. Köçən ailələrin mütləq əksəriyyəti Xankəndinə deyil, Ermənistana köçüb. “Hraparak” xəbər verir ki, 100-ə yaxın ailədən ancaq 7-8 ailə Xankəndidə qalmaq arzusunda olduğunu bildirib. Mətbu orqanı onu da yazır ki, Paşinyanın Qarabağ ermənilərinin bu əraziləri boşaltmasını planlaşdırdığına artıq heç bir şübhə yoxdur.

Laçını tərk edən ermənilərin vandallığını əks etdirən daha bir video yayılıb. Görüntülərdə ermənilərin kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardıqlarını görmək mümkündür. Sözügedən video erməni teleqram kanallarında yayılıb. Göründüyü kimi, ermənilər həmişə olduğu kimi tarixi abidələrə ziyan vurur. Qeyd edək ki, Laçında yaşayan ermənilər “Azadlıq” radiosunun erməni bürosuna açıqlamalarında bildiriblər ki, onlara bu ayın sonuna qədər şəhəri və Zabux kəndini tərk etmələri

“Artsaxın (Qarabağ-red) silahlı qüvvələrdən imtina etmək niyyəti yoxdur”. Bunu avqustun 10-da AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində separatçı rejimin parlamenti kimi təqdim olunan qurumun nümayəndəsi Seyran Ayrapetyan deyib. Bakı Qarabağdakı erməni silahlı birləşmələrinin oradan çıxarılmasını tələb edir. Bu tələbi son dəfə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib. Lakin Ayrapetyan bildirib ki, separatçıların belə bir niyyəti yoxdur: “Özünümüdafiə

44 günlük savaşın nəticəsi olaraq öz sərhədlərinə çıxan Azərbaycan Ordusu Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsini nəzarət altına alandan sonra ermənilərin tikintisinə başladığı alternativ yolun çəkilişi yenə yarımçıq qalıb. Dalidag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, aylardır davam edən bir neçə km-lik Urud-Şahverdilər yolunun tikintisinin yarımçıq qalmasına səbəb sürüşmədir. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi

Laçın rayonunun Zabux kəndindəki qanunsuz erməni icmasının rəhbəri Andranik Çavuşyan “Hraparak” qəzetinə müsahibəsində hazırkı vəziyyətdən danışıb. Dalidag.az xəbər verir ki, Andranik Çavuşyan avqustun 25-nə kimi erməni “sakinlər”in boşaldacağı kənddə təxliyyə işlərilə məşğul olduqlarını söyləyib. “Sakinlər”in hələ ki kəndi tərk etmədiklərini deyən icma sədrinin sözlərinə görə, artıq məktəbi boşaltmaq üçün onlara maşın ayırıb. Kənddən köçəcək hər adam üçün 40 min dram təzminat ödəniləcəyi

"Əgər Laçın və Zabux avqustun 25-də Azərbaycana verilsə, o zaman "Arsax" (Qarabağdakı qondarma rejim) mühasirəyə düşəcək". Dalidag.az xəbər verir ki, bunu avqustun 9-da müstəqil Ermənistanın birinci xarici işlər naziri, "İrs" Partiyasının lideri Raffi Ovannisyan Respublika meydanında jurnalistlərlə söhbətində deyib. "Bir neçə gün əvvəl gördük ki, Təhlükəsizlik Şurasının katibi və Xarici İşlər Naziri Laçının təslim olması ilə bağlı heç bir planı qəbul etmədiklərini açıqlayıblar. Bu, rəsmi

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev vətəndaşları qəbul edib. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin

Ermənistan ordusunun bir sıra hərbçiləri saxlanılıb. Yerli KİV-i xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi əməkdaşlarının həyata keçirdikləri genişmiqyaslı əməliyyat tədbirləri nəticəsində nazirin əmrini pozaraq, smartfon tipli telefonlardan istifadə edən, hərbi xidmətin gündəlik həyatından fotoları internetə yerləşdirən bir sıra müddətli və müqaviləli hərbi qulluqçuları məsuliyyətə cəlb ediliblər. Nazirlikdən bildirilib ki, qadağaya tabe olmayan hərbçilərin məsuliyyətə cəlb
Yazı axını