Laçın rayonunun Zabux kəndindəki qanunsuz erməni icmasının rəhbəri Andranik Çavuşyan “Hraparak” qəzetinə müsahibəsində hazırkı vəziyyətdən danışıb.
Dalidag.az xəbər verir ki, Andranik Çavuşyan avqustun 25-nə kimi erməni “sakinlər”in boşaldacağı kənddə təxliyyə işlərilə məşğul olduqlarını söyləyib.
“Sakinlər”in hələ ki kəndi tərk etmədiklərini deyən icma sədrinin sözlərinə görə, artıq məktəbi boşaltmaq üçün onlara maşın ayırıb.
Kənddən köçəcək hər adam üçün 40 min dram təzminat ödəniləcəyi məsələsindən danışan Andranik Çavuşyan deyib:
“Həmin pul sertifikat məsələsi həll olunana qədər icarə əsasında veriləcək. İrəvana köçənlərə şəhadətnamə verilməlidir ki, 10 milyon dram ekvivalentində pul xərcləsinlər”.
Kəndin 200-dən çox sakini - 54 ailə olduğunu deyən icma sədri onlardan neçəsinin Qarabağa, neçəsinin isə Ermənistana köçəcəyinə aydınlıq gətirib:
“54 ailədən yalnız 7-si “Artsax”da (Qarabağda-red.) qalacaq, qalanları müxtəlif istiqamətlərdə Ermənistana köçəcək, İrəvana, Sünikə və s”.
Qarabağda qalmaq istəyən həmin 7 ailənin harada yaşayacağına gəlincə A.Çuvaşyan “hələ bəlli deyil, sabah o işlərlə məşğul olacağıq, yəqin ki, tikilməkdə olan evlərin məsələsi həll olunana qədər müvəqqəti olaraq qonaq evlərində yaşayacaqlar” deyib.
Özünə gəlincə, A.Çuvaşyan Xankəndidə yaşayacağını vurğulayıb.
İcma sədri onu da deyib ki, Zabuxu tərk edəcək ermənilərin indiyə kimi yaşadıqları evləri yandıracağına inanmır./modern.az
Reklam
Laçındakı 200 erməninin hara köçəcəyi AÇIQLANDI
10-08-2022 17:34

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 10-08-2022 17:34
Baxış sayı: 3260Yazı axını
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12





























