Reklam
Laçın və Zabuxdan sonra “Arsax” mühasirəyə düşəcək”
10-08-2022 09:45
"Əgər Laçın və Zabux avqustun 25-də Azərbaycana verilsə, o zaman "Arsax" (Qarabağdakı qondarma rejim) mühasirəyə düşəcək".
Dalidag.az xəbər verir ki, bunu avqustun 9-da müstəqil Ermənistanın birinci xarici işlər naziri, "İrs" Partiyasının lideri Raffi Ovannisyan Respublika meydanında jurnalistlərlə söhbətində deyib. "Bir neçə gün əvvəl gördük ki, Təhlükəsizlik Şurasının katibi və Xarici İşlər Naziri Laçının təslim olması ilə bağlı heç bir planı qəbul etmədiklərini açıqlayıblar. Bu, rəsmi İrəvanın fikri idi. Və bu bəyanatdan bir neçə gün sonra bir nəfər (Paşinyan nəzərdə tutulur) qərar verdi ki, üçtərəfli bəyanatda belə qeyd olunmayan torpaqları (Ermənilər bu dəfə də dezinformasiya yayırlar. Yeni alternativ yol təhvil verildikdən sonra Laçın dəhlizində olan bütün yaşayış məntəqələri Azərbaycana qaytarılır), əraziləri təhvil vermək lazımdır. İndi "planka"nın aşağı salınmasının nə demək olduğu artıq aydındır", - deyə Ovannisyan vurğulayıb. Onun sözlərinə görə, ərazilər erməni xalqının fikri alınmadan qanunsuz olaraq (Azərbaycan torpaqları, eləcə də Laçın 30 ildən çoxdur ki, qanunsuz olaraq işğalda saxlanılır) verilir. "Nikol Paşinyan vətən xainidir. O, ərazi bütövlüyünü, suverenliyini, vətəndaşların həyatını və təhlükəsizliyini təmin etmək üçün konstitusiya andını pozub. Əvvəllər ona açdığımız həyat yolunu, indi də öz əlimizlə bağlayacağıq. Qurbanlarımız olacaq və bu qurbanların günahkarı vətəndaş Paşinyan olacaq", - "İrs" Partiyasının lideri yekunlaşdırıb./bizim.media
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 10-08-2022 09:45
Baxış sayı: 4221
Yazı axını
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
Ən çox oxunanlar