Separatçılar Qarabağı sülhhməramlılarla birlikdə qorumaq istəyir

11-08-2022 09:51

“Artsaxın (Qarabağ-red) silahlı qüvvələrdən imtina etmək niyyəti yoxdur”.

Bunu avqustun 10-da AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində separatçı rejimin parlamenti kimi təqdim olunan qurumun nümayəndəsi Seyran Ayrapetyan deyib. 
Bakı Qarabağdakı erməni silahlı birləşmələrinin oradan çıxarılmasını tələb edir. Bu tələbi son dəfə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib. Lakin Ayrapetyan bildirib ki, separatçıların belə bir niyyəti yoxdur:
“Özünümüdafiə ordusundan imtina satqınlığa bərabərdir. Özünümüdafiə ordusundan imtina Artsax (Qarabağ-red) xalqı üçün yeni 1915-ci il ola bilər...Çünki Azərbaycan bununla kifayətlənməyəcək”.
Ermənistan hökumətinin son müşavirəsində baş nazir Nikol Paşinyan əvvəlcə demişdi ki, Dağlıq Qarabağda Ermənistanın hərbi qulluqçuları yoxdur. O habelə Azərbaycan tərəfinin separatçı Qarabağ özünümüdafiə ordusunun çıxarılması tələbinə münasibət bildirmişdi:
“Əgər Rusiyanın sülhməramlı qruplaşması və Azərbaycan təmas xəttinin toxunulmazlığına qarantiya verirlərsə, özünümüdafiə ordusunun döyüş keşiyi çəkməsinə ehtiyac qalmayacaq. Belə bir ehtiyac Azərbaycanın sülhməramlıların mandatını imzalamaqdan imtina etməsi, 2020-ci il, 9 noyabr üçtərəfli bəyanatənın bütün hərbi əməliyyatların dayandırılması da daxil bütün müddəalarını davamlı pozması ilə bağlı yaranıb”.
Seyran Ayrapetyanın sözlərinə görə belə bir qarantiya verilsə yaxşı olardı, amma o bunun tam əksinə inanır: “Sülhməramlılar kontingenti hazırkı sayı ilə müvafiq sərhəd boyunca döyüş keşiyi çəkmək iqtidarında deyil. Əgər kimdəsə Azərbaycanın dəyişdiyinə və sülhə doğru getdiyinə dair xülya varsa, deyim ki, bu, belə deyil. Biz öz müdafiəmizi sülhməramlıların dəstəyi ilə özümüz təşkil etməliyik”.
Azatutyun yazır ki, Qarabağda elan edilmiş qismən səfərbərlik 7 gün davam edib. “Dağlıq Qarabağın prezidenti” kimi təqdim olunan Arayik Arutyunyan bu barədə müvafiq sənədi avqustun 3-də iki erməni əsgərin ölməsindən və iyirmiyədək erməni hərbi qulluqçuunun yaralanmasından sonra imzalamışdı.
Azatutyunun yazdığına görə Arutyunyan avqustun 10-da səfərbərliyi ləğv edib.

Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 11-08-2022 09:51
Baxış sayı: 3203
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını