Ermənistan ordusunun qalıqlarının “əzələ nümayişi” onlara baha başa gəlib. Belə ki, Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarında iştirak edən Ermənistan tankçıları nədənsə yekəxanalıq etmək eşqinə düşüblər. Bunun üçün isə erməni tankçıların ağlına gələn ilk şey idarə etdikləri texnika ilə “drift” etmək olub. Yəqin ki, erməni tankçılar bununla öz “bacarıq” və “qabiliyyət”lərini nümayiş etdirəcəklərinə inanıblar. Lakin yekunda tank aşmaqdan son anda qurtulub. Bu işdə erməni

Avqustda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən icbari şəxsi sığorta ödənişini almaq hüququ yaranan yeddi hərbi qulluqçuya ödənişlər həyata keçirilib. Dalidag.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Məlumata görə, bunlardan 3-ü vəfat etdiyinə görə onların vərəsələrinə, 3-nə sağlamlıq imkanlarının məhdudluğuna görə, 1-nə isə az ağır xəsarət aldığına görə sığorta ödənişi verilib. Dövlət icbari şəxsi sığorta

Bu gün əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Göygöl rayonu, Şəhriyar kəndi, Kəlbəcər rayon 75 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və digər xidmət

“Avqustun 18-də Eldar Həsənovun işindən maraqlı şəxslərin verdiyi şikayət üzrə, yəni əmlaklarına qanunsuz həbs qoyulmuş şəxslər tərəfindən verilmiş şikayətə baxıldı. Bu proses 20 oktyabr saat 11:05-ə təxirə salındı. E. Həsənovun öz cəzası ilə bağlı şikayətə baxılmayıb və bu proses hələ ki, təyin olunmayıb”. Dalidag.az bildirir ki, bunu açıqlamasında həbsdə olan sabiq səfir Eldar Həsənovun vəkili Valeh Mehralıyev deyib. V.Mehralıyev E.Həsənovun səhhətinin ağırlaşdığını bildirib: “Eldar Həsənov

“Yeni yol istifadəyə verilənə qədər Rusiya sülhməramlıları mövcud Laçın dəhlizindən bir santimetr belə tərpənməyəcək”. Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Maksim Seleznyov Ermənistan mediasına açıqlamasında belə deyib. Rusiyalı diplomat bildirib ki, rus sülhməramlıları yalnız yeni yol hazır olduqdan sonra yerini dəyişəcək. “Tərəflər birbaşa təmasdadırlar və sizi əmin edirəm ki, sülhməramlılar yeni dəhliz olana qədər bir qarış belə tərpənməyəcəklər. 9 noyabr 2020-ci il tarixli

Azərbaycanın dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nadir fotosu üzə çıxıb. Dalidag.az xəbər verir ki, 1927-ci il mayın 28-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 9-cu ildönümü ilə bağlı tədbirdə çəkilmiş unikal foto feysbukda “Auksion/Hərrac” səhifəsində həraca çıxarılıb. Fotonun əski əlifba ilə təqdimatında bu sözlər yazılıb: “İstiqlal ələmdarı, möhtərəm rəisimiz Məhəmməd Əmin Bəy əfəndiyə təqdim”. Bu

Azadlıq Radiosu-nun erməni bürosu ermənilərin yaşadığı kənddən reportaj hazırlayıb. Dalidag.az xəbər verir ki, reportajda Kəlbəcərlə sərhəddə yerləşən kəndin erməni sakinləri öz qorxularını dilə gətiriblər. “Görürsünüz, türk gəlib başımızın üstünü kəsdirib. Kənddə arvad-uşaq var, kənd sakinlərinin çoxu qorxusundan heç mal-qaranı tövlədən çıxartmayıb. Mən birinci Qarabağ savaşının iştirakçısıyam, övladlarım isə sonrakı savaşın”, – kənd sakini deyib. Kəndin digər sakini isə bildirib ki,

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat edib. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyi faktı təsdiqləyib. Faktla əlaqədar araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yeni görüntüləri yayılıb. Kadrlarda yolun 81-101-ci km-lərinin inşasını həyata keçirən “AzVirt” MMC-nin gördüyü işlər yer alıb. Ümumi uzunluğu 123,8 km olan yolun təməli 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı qoyulub. Yol işğaldan azad edilmiş ərazilərin inkişafı üçün əhəmiyyətli olan 10

“Dünən və bu gün çox adam Zabuxdan çıxıb, lakin indi kəndə daxil olan vətəndaşların sayı oranı tərk edənlərin sayından çoxdur”. Dalidag.az xəbər verir ki, bu barədə “Demokratik Birlik partiyasının rəhbəri” Suren Petrosyan Facebook-da canlı yayımda bildirib. O əlavə edib ki, Zabuxda vətəndaşların sayı prosesin məntiqini və mahiyyətini dəyişməyə kifayət etmir. “Son günlər belə görünür ki, Laçın, Sus və Zabux icmalarının taleyinin nəhayət həll olunduğu barədə fikir formalaşıb. Bir daha tam
Yazı axını